Ələkbər Adıgözəl
oğlu Hüseynov
Azərbaycan mədəniyyətinə
ağır itki üz vermişdir. Azərbaycan
Respublikasının Əməkdar artisti, Prezident
mükafatçısı
Ələkbər Adıgözəl oğlu Hüseynov
uzun sürən xəstəlikdən sonra 2007-ci il avqust
ayının 2-də ömrünün 46-cı ilində
vəfat etmişdir. Ələkbər
Adıgözəl oğlu Hüseynov 1961-ci ildə anadan
olmuşdur. 1988-
ci ildən
ömrünün sonunadək
o, Azərbaycan Dövlət
Kukla Teatrında çalışmışdır. Teatr sənətinin sirlərinə
dərindən yiyələnmək
qabiliyyəti Ələkbər
Hüseynova səhnəmizdə
bir-birindən maraqlı,
dolğun obrazlar yaratmağa imkan vermiş, ona əsl xalq məhəbbəti
qazandırmışdır.
Uşaqların sevimlisi,
Ələkbər əmi
kimi tanınan Ələkbər Hüseynov
teatrın səhnəsində
Ə.Haqverdiyevin "Pəri
cadu" tamaşasında
Qurban, H.X.Andersin "Bülbül" tamaşasında
Nağılçı və
Çin imperatoru, N.Bədəlovun "Qara rəngin nağılı"
tamaşasında Aydın,
R.Əlizadənin "Tıq-tıq
xanım" tamaşasında
Dirijor və Müğənni, A.Ostrovskinin
"Qar qız" tamaşasında Lel, R.Əlizadənin "Keçəlin
toyu" tamaşasında
Keçəl və bir çox başqa rollarını böyük məharətlə
ifa etmişdir.
Ələkbər Hüseynov
V.Qaufun "Yalançı
şahzadə", T.Ağayevin
"Qoçaq Əhməd",
H.X.Andersenin nağılları
əsasında "Kral"
adlı monotamaşasına,
Ə.Səmədlinin "Cik-cik
xanım", habelə
səhnələşdirdiyi "Səadət quşu" və "Möcüzəli
tamaşa" pyeslərinə
maraqlı quruluşlar
vermişdir.
İstedadlı aktyor "Keçəlin toyu" tamaşasındakı
Keçəl rolu ilə İstanbulda, "Bülbül" tamaşası
ilə İranda, Türkmənistanda, Hollandiyada
keçirilən Beynəlxalq
Festivalların laureatı
olmuşdur.
2007-ci ilin
mart ayında Ələkbər
Hüseynov Polşa Respublikasının "Təbəssüm"
ordeni ilə təltif edilmişdir.
Ə.Hüseynov sənətdə qazandığı
nailiyyətlərə görə
"Humay", "Qızıl
Dərviş" və
Prezident mükafatlarına
layiq görülmüşdür. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar
artisti fəxri adı ilə təltif edilmişdir.
Ələkbər Hüseynov Azərbaycan
mədəniyyətində xüsusi yer tutan sənətkarlardan idi. Təbiətin bəxş etdiyi
istedadı və ecazkar sənətini hələ neçə illər bundan sonra da yaddaşlarda
yaşadacaqdır.
Amansız ölüm istedadlı aktyoru aramızdan apardı.
Azərbaycan teatr sənətinin istedadlı nümayəndəsi,
gözət sənətkar
Ələkbər Hüseynovun
əziz xatirəsi sənət dostlarının
və onu sevən tamaşaçıların,
qədirbilən xalqımızın
qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Azərbaycan
Respublikası
Mədəniyyət
və Turizm Nazirliyi
Kino+.- 2007.- 3 avqust.- S. 3.