Münhen
Azərbaycana bravo deyib
Azərbaycan
Dövlət Opera və Balet Teatrının orkestri və
solistləri Almaniyanın Münhen şəhərində
keçirilən Opera Sənəti Festivalından
qayıdıblar. İyulun 29-da festivalın yekun konserti keçirilib.
Dünən festivalda
iştirak edən orkestrin üzvləri və opera artistləri
Gülnaz İsmayılova,
Fərid Əliyev və Əvəz Abdullayev mətbuat konfransı keçirdilər.
Akademik musiqinin təbliğatçıları
bildirdilər ki, builki Münhen festivalında 62 dövlətin
tanınmış vokalçıları,
dirijorları, musiqiçi
və bəstəkarları
iştirak edirdi. İlk dəfə olaraq builki festivalda
ABŞ, Argentina, Braziliyadan
olan musiqiçilər
sənət nümayişinə
çıxmışdılar. MDB ölkələrindən festivala
qatılan yeganə dövlət Azərbaycandır.
Festival konsertlərinin
keçirildiyi 1500 nəfərlik
dopdolu zalda Almaniyanın, Avstriyanın,
İngiltərə və
Fransanın akademik sənət mütəxəssisləri
də olublar.
Festivalın qala-konsertində Verdi, Puççini, Maskanyi, Bize, Vaqnerin şedevrləri ilə yanaşı, Ü.Hacıbəylinin,
Q.Qarayevin, R.Hacıyevin,
P.Bülbüloğlunun da
əsərləri ifa
olunub. Dinləyicilər
Aərbaycan bəstəkarlıq
məktəbinin parlaq
təzahürlərini layiqli
şəkildə qarşılayaraq,
musiqimizi sürəkli
alqışlar və
"bravo" sədaları
ilə salamlayıblar.
Musiqiçilərimizin çıxışları
K.fon Kerssenbrok, festivalın baş direktoru L.Bauman və digər ölkələrdən olan
opera və simfonik musiqi mütəxəssisləri tərəfindən
çox yüksək
qarşılanıb.
Opera və
Balet Teatrının baş dirijoru Cavanşir Cəfərov isə bu festivalda
özünün ən
yaxşı və bu vaxta qədər
müəyyən mənada
gizli qalmış peşəkar cəhətlərini
nümayiş etdirib. Məhz bu keyfiyyətlər
sayəsində o, akademik sənətin yüksək forumu olan bu festivalın
ən yaxşı dirijorlarından biri hesab edilib.
Həftə içi.-2007.-
4-6 avqust.-S.8.