Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev adına Sarayda aparılan əsaslı təmir yenidənqurma işləri ilə tanış olmuşdur

 

Avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev adına Sarayda aparılan əsaslı təmir yenidənqurma işləri ilə tanış olmuşdur.
Dövlətimizin başçısı əvvəlcə binanın fasadına baxdı, burada işlərin gedişi ilə maraqlandı. Prezident İlham Əliyevə məlumat verildi ki, binada söküntü işləri, demək olar ki, başa çatdırılmışdır. "Azəraqrartikinti" "Pim Proje" Türkiyə-Azərbaycan birgə müəssisəsinin həyata keçirdiyi əsaslı təmir bərpa işlərinin 2008-ci ilin mayında tamamlanması nəzərdə tutulur. Almaniyada sifariş olunan xüsusi dam örtükləri yaxınlarda Bakıya gətiriləcəkdir.
Dövlətimizin başçısı sarayın fasadında istifadə olunacaq mərmər nümunələrinə baxdı. Mərmərlər İtaliya istehsalıdır yüksək keyfiyyətlidir. Prezident İlham Əliyev fasadda açıq-qəhvəyi rəngli mərmərdən istifadə olunmasını tövsiyə etdi. Dövlətimizin başçısı sarayın daxilini əks etdirən eskizlərlə tanış oldu, səhnəyə baxdı. Bildirildi ki, burada da işlər sürətlə davam etdirilir. 2128 yerlik salonda rahatlıq üçün bütün şərait yaradılacaqdır. Səhnənin akustikası ilə bağlı layihə işləri tezliklə başa çatdırılacaqdır. Sarayda işıq, istilik, səsləndirmə kommunikasiya sistemləri tamamilə dəyişdiriləcək, salonda oturacaqlar yeniləri ilə əvəz olunacaqdır. Prezident İlham Əliyev səhnədə yüksək standartlara cavab verən müasir avadanlığın quraşdırılması barədə tapşırıq verdi. Dövlətimizin başçısı foyedə görülən işlərlə maraqlandı.
Heydər Əliyev adına Sarayda aparılan əsaslı təmir yenidənqurma işlərinin daha bir özəlliyi binanın qarşı tərəfində quraşdırılacaq şüşələrlə bağlı olacaqdır.
ABŞ istehsalı olan şüşələr içəridə keçiriləcək tədbirləri birbaşa sarayın qarşısından izləməyə imkan yaradacaqdır. Gecələr isə bu şüşələr ətrafa yaraşıq verəcək, onlardan reklam roliklərinin nümayiş etdirildiyi nəhəng monitorlar kimi istifadə ediləcəkdir.
Dövlətimizin başçısı xüsusi havalandırma sisteminin yerləşəcəyi yerə baş çəkdi. İtaliyadan alınan avadanlığın yaxın gələcəkdə quraşdırılmasına başlanacaqdır.
Dövlətimizin başçısı sarayda əsaslı təmir yenidənqurma işlərinin ən yüksək tələblər səviyyəsində keyfiyyətlə görülməsi barədə tapşırıq tövsiyələrini verdi.

Azərbaycan.-2007.-31 avqust.-S.1.