Sankt-Peterburqda gənc vokalçıların beynəlxalq

festivalı açılmışdır

 

Ölkəmizi bu tədbirdə Dinara Əliyeva təmsil edir

 

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğundan bildirmişlər ki, avqustun 18-də şəhərin Dövlət Filarmoniyasında SSRİ xalq artisti Yelena Obraztsovanın təşkilati dəstəyi ilə gənc opera istedadlarının VI Beynəlxalq festivalı açılmışdır.

Bu münasibətlə keçirilən mərasimdə Azərbaycan Prezidentinin festivalın təşkilatçıları və iştirakçılarına ünvanlanmış təbrik məktubu oxunmuşdur.

Tədbirdə 22 ölkədən 160 müğənni iştirak edir. Azərbaycanı gənc vokalçı Dinara Əliyeva təmsil edir. Qaliblər 12 ölkənin tanınmış opera ulduzlarından ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcəklər.

Azərbaycanın Mədəniyyət Turizm Nazirliyi festival iştirakçıları üçün 3 mükafat təsis etmişdir. Bu mükafatlar qaliblərə baş konsulluq tərəfindən təqdim olunacaqdır.

 

Respublika.- 2007.- 21 avqust.- S. 7.