Məmmədov M.
Böyük bağ Naxçıvanda
yenidən gözəl ünvanlardan birinə çevrilib
İndi Naxçıvanda gözəl və yaraşıqlı bağlardan,
parklardan söhbət
düşəndə "Böyük
bağ" adlanan mədəniyyət və
istirahət parkının
da adı birincilər sırasında
çəkilir. Son vaxtlar burada aparılan abadlıq və quruculuq işləri parka yeni görkəm gətirib. Şəhərin
gözəl ünvanlarından
biri də artıb.
Bir vaxtlar "Böyük bağ" Naxçıvan şəhərinin
gözəl və rahat istirahət guşələrindən biri
olub. Amma ötən əsrin
doxsanıncı illərinin
əvvəllərində ölkəmizdə
başlanılan dağıdıcılıq
psixologiyası bu ünvandan da yan ötməyib.Ondan beş-altı il sonra
isə burada bir qədər abadlıq və təmir işləri görülsə də, sonralar bunlarla kifayətlənilməyib. Bu səbəbdən bu ilin əvvəllərindən
həmin ünvan yenidən inşaatçıların
ixtiyarına verilib. Naxçıvan şəhərindəki
abadlıq və təmir-tikinti idarəsinin kollektivi burada geniş həcmdə quruculuq işləri aparıb. Aparilan işlər indi zövq oxşayır.
Parkda ilk növbədə adamların
rahatlığı üçün
piyada keçid yolları və su arxları qaydaya salınıb. Böyük həcmdə əraziyə bəzək
daşları döşənib.
Yerli istehsalın digər məhsulu olan travertin daşlarla bardurlar çəkilib. Sakinlərin
rahatlığı üçün
ayrı-ayrı yerlərə skamyalar qoyulub.
Muxtar respublikanın bir neçə mədəniyyət müəssisəsi
də bu ərazidə yerləşir.
Onlardan biri də böyük yazıçı və jurnalist Cəlil Məmmədquluzadənin adını
daşıyan Ədəbiyyat
muzeyidir. Aparılan quruculuq işləri sayəsində bu muzeyin ətrafında da bir çox
işlər görülüb.
Bu qayğıdan Naxçıvan
MR Dövlət Filormoniyasının
yerləşdiyi ünvana
da pay düşüb.
Üstəlik də ötən əsrin iyirminci illərində Naxçıvanda yeni həyat quruculuğu uğrunda mübarizədə
canlarını gurban verən sərhədçilərin
şərəfinə ucaldılan
"On yeddilər"
abidəsi də yenidən qurularaq ziyarətgaha çevrilib.
Mədəniyyət və
istirahət parkında
görülən işlər
bunlarla bitməyib. Burada müasir üslubda "Çay evi" də inşa olunub. Elə bir obyekt
ki, onun Naxçıvan şəhərində
tayı-bərabəri
yoxdur. Ən mühüm yeniliklərdən
biri də stolüstü idman oyunları ilə məşğul olmaq istəyənlərə yaradılan
şəraitdir. Dairəvi
və böyük çardaq şəklində
yaradılan bu pavilyonda eyni vaxtda onlarla adam asudə və istirahət vaxtlarını mənalı
keçirə bilir.
Bu ərazidə inşa olunan ikimərtəbəli müasir
tipli "Əyləncə
mərkəzi" istifadəyə
veriləndən sonra parkın gözəlliyi daha da artacaq.
Burada ayrı-ayrı idman salonları ilə yanaşı, kompüter mərkəzi, həmçinin
kafe də fəaliyyət göstərəcək.
Hazırda isə inşaatçılar obyektdə
beton dayaqların quraşdırılması ilə
məşğuldurlar.
Azərbaycan.-2007.-1 avqust.-S.6.