Azərbaycanda analoqu olmayan muzey var
Bu muzeydə dünyanın bütün
qitələrindən gətirilən
5 min növ mollyusk növü var
Ölkəmizdə Avrasiyada analoqu olmayan "Rinay" malakofauna muzeyi mövcuddur. Azərbaycanda ilk şəxsi muzey
sayılan mədəniyyət
ocağı rəsmi olaraq 1989-cu ildə təşkil edilib. Amma onun əsasını qoyan SSRİ-nin ilk fəxri neftçilərindən
biri olan Sadıq Qarayev 1932-ci ildən dəniz və okean faunasını
əks etdirən bu kolleksiyanı toplamağa başlayıb.
Sonradan isə muzeyin yeni eksponatlarla
zənginləşdirilməsi işini onun oğlu, geologiya, mineralogiya elmləri üzrə mütəxəssis,
professor Tofiq Qarayev davam etdirib
(ANS). Muzeyin rəhbəri Tofiq
Qarayevin sözlərinə
görə, atası Bakıya məzuniyyətə
gələndə gözəl
mollyusk qabıqları
gətirirmiş. "Qismət elə gətirdi ki, onun fəaliyyətini mən davam etdirdim. Bu muzeydə dünyanın bütün
qitələrindən Şimali,
Cənubi Amerika, Avrasiya, Avstraliya, Afrikadan 5 min növ mollyusk növləri var. Demək olar ki, burada Hind, Sakit, Atlantik okeanın faunası təmsil olunur.
Əlbəttə, Buzlu okeanda malakofauna məlum olmadığından
burada nümayiş olummır", - deyə T.Qarayev qeyd edib.
40 ildən
çox geologiya institutunda çalışan
bu azərbaycanlı alim gəzdiyi müxtəlif dünya ölkələrində əldə
etdiyi yeni növ fauna nümunələrini
muzeyin kolleksiyasına
daxil edib. Topluda ən
maraqlı stendlərdən
birini isə 2-3 mln. il
bundan öncə Ağcaqıl və Abşeron paleodənizlərində
mövcud olan şirin su mollyusk
qabıqlarıdır. Eksponatların sayının çoxluğuna
baxmayaraq Tofiq Qarayev onların hər birinin tarixçəsini yaxşı
yadda saxlayıb.
Okean və dəmz faunasını nümayış
etdirən bn nmzeyin "Rinay" adlandırılması Tofiq
Qarayevin övladları
Riad və Nailənin adlarının
başlıqlarından götürülüb.
Geoloq xarici turistlərin,
kolleksiyaçıların Azərbaycanda belə bir muzyin mövcudluğuna
çox təəccübləndiklərini
deyir. Tofiq Qarayev muzeyin bir çox eksponatlarının dünyaıun
7 ölkəşində yerləşən
muzeylərdə də
nümayiş olundıığunu
söyləyir. Onu da dcyək. ki,
bu il artıq
70 illiyi qeyd olunan ""Rinay"'
malakofauna muzeyinin sərgisində eyni zamanda dəniz ulduzlar, dəniz kirpisi və tısbağası da var.
Üç nöqtə.- 2007.- 10 avqust.- S. 14.