Bülbülün həyat
yoldaşının 85 illik
yubileyi qeyd edilmişdir
Avqustun 22-də
görkəmli vokalçı, unudulmaz müğənni
Bülbülün xatirə muzeyində qurumun direktoru,
sənətkarın ömür-gün yoldaşı Adelaida
Məmmədovanın 85 illik yubileyi qeyd edilmişdir.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev yubilyarı təbrik etmişdir. Nazir demişdir ki, avqustun 21-də Prezident İlham Əliyevin sərəncamı
ilə Azərbaycanda muzey işinin inkişafındakı xidmətlərinə
görə Adelaida Məmmədova "Şöhrət"
ordeni ilə təltif edilmişdir. Yüksək mükafat təkcə yubilyarın deyil, bütövlükdə
muzey işçilərinin
əməyinə verilən
qiymətdir.
Nazir Azərbaycanda vokal məktəbinin əsasını
qoyan, musiqi sənətimizin inkişafında
əvəzsiz xidmətləri
olan dahi Bülbülün muzeyini sonsuz məhəbbətlə
qoruyub saxlayan A.Məmmədovanın zəhmətini
yüksək qiymətləndirmişdir.
Əbülfəs Qarayev
yubilyara ad günü münasibətilə nazirliyin
mükafatını təqdim
etmişdir.
Tədbirdə çıxış
edən Adelaida Məmmədova fəaliyyətinə
verilən yüksək
qiymətə, ona göstərilən böyük
diqqət və qayğıya görə ölkəmizin başçısı
İlham Əliyevə
minnətdarlığını bildirmişdir.
A.Məmmədova demişdir ki, ulu öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik
etdiyi dövrdə Bülbülün xatirə
muzeyinin təntənəli
açılışı olmuşdur. Ümummilli liderin ikinci dəfə hakimiyyətə
qaydışından sonra
Bülbülün 100 illik,
Prezident İlham Əliyevin sərəncamı ilə isə 110 illik yubileylərinin keçirilməsini
xatırladan A.Məmmədova
bütün bunları
sənətə və
sənətkara verilən
qiymətin bariz nümunəsi olduğunu söyləmişdir.
Muzeyə rəhbərliyinin
otuz illik bir dövrü əhatə etdiyini bildirən yubilyar demişdir ki, böyük sənətkarımız
Bülbül 1937-ci ildən
ömrünün sonunadək
bu mənzildə yaşayıb yaratmışdır.
Azərbaycan.-2007.-23 avqust.-S.3.