Əliqızı T.

 

Nəfis kitablar

 

Miniatür kitabların toplanması və nümayiş etdirilməsində Azərbaycan Kitabsevərlər Cəmiyyətinin sədri Zərifə Salahovanın böyük xidməti vardır. Miniatür kitablar 100x100 millimetr, 75x75 millimetr ölçüdə olur. Ölçüsü 10x10 millimetr olanlar isə mikrokitablar adlanır. Bu kitablar 3 min, 5 min tirajla, bəzən isə bir az artıq ya 300-500 ədədə kimi tirajla nəşr edilir. Bu kitablar cəzbedici olmaqla yanaşı, həm çox rahatdır. Məsələn, bir çamadana bir kitabxana yerləşdirmək olar. Bir vaxt Bakıda fəaliyyət göstərən miniatür kitablar klubunda fəal iştirak edən Zərifə xanım uzun müddətdir ki, həmin kitabları toplayır. Bu nadir kitabları əldə etmək çox çətindir. Müxtəlif şəhərlərin kitabsevərləri ilə yazışmaq, bir kitabdan ötrü dəfələrlə məktublaşmaq lazım gəlirdi. Buna baxmayaraq, Zərifə xanım miniatür kitablardan ibarət böyük bir kitabxana toplaya bilmişdir. Bunların arasında onun özünün kitabsevərlər cəmiyyətinin xətti üzrə nəşr etdirdiyi kitablar da az deyil. Azərbaycan rus dillərində "Dədə Qorqud" "Koroğlu" dastanlarından, klassiklərimizdən Xaqani, Nizami, Nəsimi, Füzuli, Sabir, Şəhriyar bir çox başqalarının əsərlərindən seçmələr nəşr edilmişdir. "Azərbaycan ekslibrisi" olduqca maraqlı kitabdır. Zərifə xanımın miniatür kitablarının tirajı 5 minə çatanda - 2002-ci ildə o miniatür kitablar muzeyi təşkil etdi. Bu, bəlkə dünyada yeganə miniatür kitab muzeyidir. Dünyanın hər yerindən gələn hörmətli qonaqlar bu muzeydə olub Zərifə xanımın işini olduqca yüksək qiymətləndirmişlər.

Rusiyanın Fransadakı səfiri N.Afanasiyevski muzeyin rəy kitabında nadir nüsxələrə heyranlığını belə ifadə etmişdir: "...Dünya ədəbiyyatı abidələrinin bu heyrətamiz kolleksiyasına valeh məftun oldum. Özü bunların hamısı miniatürlərdir. Bu kolleksiyalarda rus Rusiya kitablarına geniş yer verildiyini görmək xüsusi ilə xoşdur. Böyük zövq aldığımıza görə çox sağ olun".

3 iyul 1995-ci ildə M.F.Axundov adına Dövlət Kitabxanasında "Vətənə, dövlətə, xalqa sədaqət andı" miniatür kitabın təqdimat sərgisi keçirildi. Bu sərgi Azərbaycan Qadınları Milli Komitəsinin, respublika "Kitab" cəmiyyətinin ABŞ "Stark enterprayz" firmasının nəcib təşəbbüsünün nəticəsi idi. Təqdimat-sərgidə ümummilli liderimiz Heydər Əliyev iştirak edərək toplaşanlar qarşısında nitq söylədi Zərifə xanımın işini yüksək qiymətləndirdi: "Bugünkü hadisə çox əlamətdardır. Burada Azərbaycanın miniatür kitablarının sərgisi keçirilir. Zənnimcə, biz Azərbaycanda belə bir sərginin ilk dəfə şahidi olduq... Keçmiş dövrlərdə məzmununa formasına görə müxtəlif, çox maraqlı nəfis kitablar buraxılmışdır. Bu nəşrlər dünyanın bir çox ölkələrində Azərbaycanı təmsil edir, onun haqqında bilgilər verir. Ancaq Azərbaycanda miniatür kitab nəşrinin tarixi qısadır. Mən çox məmnunam ki, bu gün biz Azərbaycanda yazıçılarımızın, şairlərimizin kitablarının miniatür nəşrini görürük. Şübhəsiz ki, bu, mədəniyyətimiz, kitab nəşrimiz üçün çox əlamətdar hadisə, böyük nailiyyətdir".

Hazırda miniatür kitablar muzeyində Zərifə xanımın təxminən əsrin bir rübü ərzində topladığı 5 mindən artıq kitabı vardır. İçərişəhərdə Şirvanşahlar sarayının yaxınlığında yerləşən bu muzeyin 27 vitrinində yerləşdirilmiş ürəkaçan, xoş təəssürat bağışlayan nəfis kitablar təmənnasız olaraq həftənin 5 günü kitabsevərlərin ixtiyarındadır.

 

Respublika.- 2007.- 26 avqust.- S. 5.