Əfəndiyeva T.

 

Mədəniyyət siyasətini dəyişməliyik

 

Kulturoloq alim hesab edir ki, əqli mədəniyyətin inkişafına diqqət ayrılmazsa, ölkə zəifləməyə doğru gedəcək

 

Mədəniyyət aləmindəki vəziyyətdən hamı gileylidir. Tamaşaçılar da, mədəniyyət işçiləri , şou-biznesin nümayəndələri . İndi mədəniyyətlə şou-biznesi bir-birindən ayırmaq da çətinləşib. Əslində ilk baxışdan oxşar görünən bu iki anlayış arasında fərq böyükdür. Amma əfsuslar olsun ki, mədəniyyət şou-biznesin sərhədləri qarışıb. Simurq Mədəniyyət Assosasiyasının rəhbəri, kulturoloq alim Fuad Məmmədov "Ayna"ya müsahibəsində söylədi ki, Azərbaycanda mədəniyyət siyasətində əsas yer incəsənətə, qismən milli-mədəni irsə verilir. Alim bu qənaətdədir ki, mədəniyyət siyasətində hər iki anlayışla yanaşı əqli mədəniyyətə daha çox üstünlük verilməlidir: "Şou-biznes mədəniyyətin bir hissəsidir. Hər insanın əyləncəyə tələbatı var. Lakin bu tələbatın dərəcəsi var. Şou-biznesin təbliğatını aparan verilişlərin çoxluğu düzgün deyil. Bu prosesin qarşısını almaq üçün mədəniyyət siyasətini dəyişməliyik".
- Azərbaycan 70 il sovet imperiyasının tərkibində olub. Müstəqillik qazandıqdan sonra isə yeni mədəniyyət siyasəti həyata keçirilir. Maraqlıdır, hər iki dövrdə yürüdülən mədəniyyət siyasətinin fərqi nədədir?
- Vaxtilə Sovet İttifaqında mədəniyyəti sosial sistem kimi dərk edirdilər. Bu sistemə elm, təhsil, incəsənət daxil idi. Sovet imperiyasının son dövrlərində isə mədəniyyət dedikdə dar çərçivədə incəsənət nəzərdə tutulurdu. Azərbaycanda hələ bu tendensiya davam edir. Müstəqil Azərbaycan SSRİ-nin mədəniyyət müddəası əsasında öz işini qurub. Faktik olaraq ölkəmizdə mədəniyyət siyasəti incəsənət siyasətinə çevirilib. Beləliklə sosial-mədəni inkişafa nail olmaq üçün bir çox imkanları əldən vermişik. Əslində mədəniyyət təkcə incəsənətdən ibarət deyil. O, sadəcə mədəniyyətin bir qoludur.
Mədəniyyət ikinci süni təbiətdir. İnsanın ağlı, hissləri, fiziki əməyi nəticəsində yaranan hər şey mədəniyyətdir. Mədəniyyət bilikdən başlayır. Nəsirəddin Tusi gözəl demişdir: "Mədəniyyət insanla heyvanı bir-birindən ayıran keyfiyyətdir. Bu, doğrudan da belədir. İnsanı heyvandan ayıran keyfiyyət mədəniyyətdirsə, deməli, mədəniyyət birinci şüurdan, ağıldan, bilikdən başlayır. Bir insanın biliyi olmazsa, təsəvvürü yanlış olarsa, istər-istəməz onun niyyəti yanlış, əməlləri mənfi olacaq. Əksinə, insan bilikli, məlumatlı olduqda niyyəti , əməlləri gözəl olacaq.
Onu da qeyd edim ki, Əbülfəs Qarayev mədəniyyət turizm naziri təyin edildikdən sonra mədəniyyət siyasətində dəyişiklik müşahidə olunur. Düzdür, istənilən səviyyədə deyil. Ancaq hər halda istiqamət düzgün götürülüb. Bu sahədə bir çox tədbirlər keçirilib. İlk kulturoloqlar forumu, gənc alimlər üçün müsaqibələr keçirilib. Çox arzulayardım ki, bu dəyişikliklər daha yüksək templə getsin.
Yeri gəlmişkən, rəhbərlik etdiyim assosiasiya ilk kulturoloji tədqiqatlara başlayıb. Məqsədimiz kulturoloji təhsilin inkişafına kömək göstərməkdir. Təkliflərimizi Mədəniyyət Turizm Nazirliyinə, Prezident Aparatına başqa dövlət orqanlarına təqdim etmişik. İstərdik ki, təkliflərə daha ciddi yanaşılsın. Çünki təkliflərimiz milli maraqlarımıza cavab verir dünya təcrübəsinə əsaslanır. Təkliflər həyata keçirilərsə, mədəniyyət siyasəti kökündən dəyişəcək. Mədəniyyət siyasətində 4 prioritet olmalıdır. Əqli, mənəvi, hüquqi idarəetmə mədəniyyətinin inkişafına diqqət yetirilməlidir. Əfsuslar olsun ki, bunlar bizdə prioritet deyil. Bunun üçün Milli Məclisdə qanun qəbul edilməlidir.
- Sizcə, hazırkı mədəniyyət siyasəti necədir? Əsas diqqət mədəniyyətin hansı sahələrinə yönəlir?
- Mədəniyyət siyasətində əsas yer incəsənətə, qismən milli-mədəni irsə verilir. Bu fikirdəyəm ki, mədəniyyət siyasətində hər iki anlayışa yer verilməlidir. Uzun illər elə indi maddi mənəvi mədəniyyət anlayışlarının adı çəkilib. Maddi mənəvi mədəniyyət anlayışı düzgündür. Amma tamamilə deyil. Nəticə etibari ilə görürük ki, bu, bizi yanlış istiqamətləndirir. Əqli mədəniyyət kənarda qalır. Hazırda əsas istiqamət incəsənətə verilib. İncəsənət mənəvi mədəniyyətə daxildir. Rəssamlıq, bədii ədəbiyyat, musiqi - bunların hamısı insan hissləri ilə bağlıdır. Əqli mədəniyyət nəzərdən kənarda qalanda xalq qüdrətli ola bilmir. Dünya mədəniyyəti sivilizasiyası tarixi göstərir ki, ən qüdrətli ölkələr əqli mədəniyyətə üstünlük veriblər. Azərbaycanda əqli mədəniyyətdən istifadə edən yox dərəcəsindədir. Uzun illərdir dövlət səviyyəsində səhvə yol verilir. Bu məsələni çoxdan müzakirəyə qoymuşuq. İstərdim ki, dövlət orqanları buna xüsusi diqqət yetirsinlər.
Təfəkkürdə olan ətalət bizim əlimizdən bir çox imkanları alır. İnsanın fikri, düşüncələri azad olmalıdır. Odur ki, əqli mədəniyyətə daha çox üstünlük verilməlidir. Biz xalqımızın əqli mədəniyyətinin inkişafını ən vacib strateji prioritet hesab etməsək, bir çox problemlərlə üzləşəcəyik. Bu məsələ qanunvericilikdə əksini tapmalıdır. Qanunda əqli mədəniyyətlə məşğul olanların maddi rifahı yaxşılaşdırılmalı, sosial statusu möhkəmləndirilməlidir. Əqli mədəniyyətlə məşğul olanlar cəmiyyətin aparıcı qüvvəsinə çevrilməlidir. Əqli mədəniyyətə münasibət dəyişməzsə, elmin təhsilin keyfiyyəti artırılmazsa, qüdrətimiz olmayacaq. Neftimiz gec-tez tükənəcək. Bundan sonra isə ölkəmizin zəifləməməsi üçün əsl qüvvəni bilikdən almalıyıq. Nizami Gəncəvi gözəl deyib: "Qüvvət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz".
- Hamı bayağı musiqinin təbliğatından, şou-biznesin mədəniyyəti üstələdiyindən gileylənir. Problemin kökünü axtaran, çıxış yollarını göstərən isə yoxdur. Sizcə, mədəniyyətin şou-biznes üzərində qələbə çalması üçün hansı addımlar atılmalıdır?
- Əvvəla, qeyd edim ki, şou-biznes mədəniyyətin bir hissəsidir. İnsan əyləncəyə yer verməli, dincəlməlidir. Hər insanın əyləncəyə ehtiyacı var. Amma bu tələbat müəyyən dərəcədə olmalıdır. Şou-biznes xarakterli verilişlərin gün ərzində ekranlardan düşməməsi qətiyyən düzgün deyil. Bu prosesin qarşısını almaq üçün mədəniyyət siyasətini dəyişməliyik. Biz nəyisə dəyişmək istəyiriksə, ilk əvvəl şüurdan başlamalıyıq. Şüur, təsəvvürlər dəyişməzsə, biz yanlış yönə istiqamətlənəcəyik.
- Sizcə, Azərbaycanda mədəniyyətin idarəetmə forması qənaətbəxşdirmi?
- Məncə, hələ idarəetmə forması tam dəyişilməyib. Onu da deyim ki, mədəniyyət siyasətində müəyyən demokratikləşmə gedir. Bu dəyişikliklər Mədəniyyət Turizm Nazirliyi ilə əlaqədardır. Bu dəyişikliklər daha dərin, elmi əsaslarda getməlidir. Təkliflərimiz dünya ictimaiyyəti tərəfindən bəyənilir. Amma nədənsə dövlətimiz tərəfindən təkliflərin cavabları gecikdirilir.
- Sizcə, təkliflərinizin cavabı niyə gecikdirilir?
- Təəssüflər olsun ki, bəzi bürokratlarımız hələ demokratiya şəraitində işləməyi öyrənməyiblər. Onlar göstərişin yalnız yuxarıdan gəlməyini gözləyirlər. Amma demokratik ölkələrdə təkliflər çox vaxt aşağıdan gəlir. Alimlərin, qeyri-hökumət təşkilatlarının təklifləri dövlət tərəfindən istifadə edilir. Bizdə hələ o təfəkkürə yiyələnməyiblər.
- Kulturologiya fənninə ayrılan saatların artırılması məsələsi yerdə qaldı? Bu fənnin tədrisi üçün vacibdir?
- Saatların artırılması barədə söhbət gedə bilməz. Çünki kulturologiya fənninin tədrisi ləğv edilib. Azərbaycanda kulturologiyaya verilən qiymət çox acınacaqlıdır. Təhsil Nazirliyi kulturologiyaya münasibətini dəyişməlidir. Təhsil Nazirliyi kulturologiya fənninin tədrisini lazımsız bilir. Əslində isə kulturologiya dövlət siyasətinin elmi əsası kimi qəbul olunmalıdır. Ölkəmiz Kulturoloji Tədqiqatlar İnstitutunu açmaqda maraqlı olmalıdır. Bütün alimlər həmin instituta toplaşmalı ölkənin ən zəruri problemlərini həll etməkdə dövlət orqanlarına yardım göstərməlidirlər.
Bundan başqa, orta məktəblərdə mədəniyyətşünaslıq fənninin olması vacibdir. Mədəniyyətşünaslıq fənninin yerinə isə "Həyat bilgisi" fənni tədris olunur. "Həyat bilgisi" fənni mədəniyyətşünaslığın bir qismidir. Niyə biz mədəniyyətşünaslıq fənnini tədris etməməliyik?!
Məncə, uşaqların inkişafına bu baxımdan da ciddi diqqət yetirilməlidir.

 

Ayna.-2007.-4 avqust.-S.19.