Heydər Əliyev
muzeyinin açılış
mərasimi
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun 23-də
Neftçala rayonuna gəlmişdir.
Prezident İlham
Əliyevi və xanımı Mehriban Əliyevanı rayon sakinləri böyük hörmət və ehtiramla, hərarətli alqışlarla qarşıladılar.
Onların əllərində
ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin portretləri, Azərbaycanın dövlət
bayraqları, ümummilli
liderin müdrik kəlamları yazılmış
transparantlar var idi.
Dövlətimizin başçısı
və xanımı əvvəlcə xalqımızın
ümummilli lideri Heydər Əliyevin Neftçala şəhərinin
mərkəzində ucaldılmış
abidəsini ziyarət
edərək gül qoydular.
Məlumat verildi ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan bu abad və müasir
park cari ilin əvvəlində salınmışdır. Parkın
ərazisi 7 min kvadratmetrdir. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Bu
parkın yanında isə daha bir
istirahət guşəsi
- Neftçilər parkı
salınmışdır. Ulu
öndərin heykəlinin
hündürlüyü postamentlə
birlikdə 6,4 metrdir.
Sonra Prezident İlham Əliyev Neftçalada Heydər Əliyev muzeyi ilə tanış oldu. Dövlətimizin başçısı muzeyin
rəmzi açılışını
bildirən lenti kəsdi.
Bildirildi ki, tikintisinə 2006-cı ilin oktyabrında başlanmış muzey bu ilin fevralında
istifadəyə verilmişdir.
Ancaq rəsmi açılışı bu
gün keçirilir. Muzey bir ekspozisiya
zalından, 14 fotostenddən,
10 vitrindən ibarətdir.
Fotostendlərdə ulu öndərin
həyat və fəailiyyətinin müxtəlif
dövrlərinə aid
şəkillər, vitrinlərdə
isə kitablar və sənədlər nümayiş etdirilir. Ümummilli lider Heydər Əliyevin 1979-cu
il mayın 30-da ilk dəfə Neftçalaya gəlişini
və burada keçirdiyi görüşləri
əks etdirən materiallar iki xüsusi ekspozisiyada nümayiş etdirilir.
Muzeydə həmçinin
Prezident İlham Əliyevin fəaliyyətini,
ölkəmizin, o cümlədən Neftçalanın
sosial-iqtisadi inkişafını
əks etdirən kitablar və digər materiallar da toplanmışdır.
Prezident İlham Əliyev muzeyin Xatirə kitabına öz ürək sözlərini yazdı.
Azərbaycan.-2007.-24 avqust.-S.2.