Musiqi mədəniyyət muzeyində ingilis xanım işləyir
Nina Uolberq təklif mənə
maraqlı gəldi və razılaşdım
Sözün doğrusu, mənə deyəndə ki, Musiqi mədəniyyəti
muzeyində işə
ingilis xanım Nina Uolberq düzəlib,
çox təəccübləndim.
Axı belə hallar çox az olur. Əgər
elələrini tanıyırsınızsa
adlarını deyə
bilərsiniz, maraqlı
olardı. Mən belə halların ilk dəfədir ki, şahidiyəm. Belə halların olması, əlbəttə
ki, çox yaxşıdır. Muzeydə
hazırda Azərbaycan
musiqisi nəinki Azərbaycanda hətta xaricdə də təbliğ olunacaq. Nina Uolberq Azərbaycandakı
Böyük Britaniyanın
səfirinin xanımıdır.
"TrendLife" Nina Uolberqin bu addımı
nəyə görə
atdığı ilə
maraqlandı. - Mən
könüllü olaraq
Musiqi mədəniyyət
muzeyində artıq iki aydır ki, işləyirəm. Lap dəqiq desəm iyulun əvvəllərindən.
-Bəs nəyə
görə məhz bu muzeyi seçdiniz?
- British Council xətti
ilə məni muzeyin direktoru Alla Bayramova ilə
-İngiltərədə
nə işlə məşğul idiniz?
-Ondan başlayaq
ki, mən İsveçrədə anadan
olsam da uzun llər Böyük Britaniyada yaşamışam. Təhsilcə mən arxeoloqam.
Bakıya gələnə qədər isə Böyük Britaniyada tarix üzrə izləyici və arxeoloq işləmişəm.
-Bəs muzeydə
nə işlə məşğulsunuz?
-Burada mən
informasiyaları tərcümə
edirəm.
-Xanım Uolberq,
sizcə Azərbaycan muzeylərinin inkişafı
üçün nə
etmək lazımdır?
-Əvvəla
muzey haqqında informasiyaları nəinki ekskursiya vaxtı yəni hər zaman lazımdır. Bundan başqa isə əgər söhbət konkret olaraq Musiqi mədəniyyət muzeyindən gedirsə hesab edirəm ki, onun sahəsini
artırmaq lazımdır.
Çünki arxivdə o qədər
eksponatlar var ki, onları göstərmək lazımdır.
-Azərbaycana gələnə qədər
bizim mədəniyyətimizdən
nəsə bilirdiniz?
-Yalan deməyəcəm.
Az-maz.
Bir iki adamı tanıyırdım. Bu sırada Nizaminin adını çəkə
bilərəm. İndi isə
mən sizin mədəniyyətinizi daha
dərindən öyrənirəm.
Və mənə çox maraqlı gəlir.
-Bəs arxeoloq
kimi Bakı xoşunuza gəlir?
-Çox xoşuma
gəlir. Burada çox qədim
qəşəng binalar
var. Yeni binalar da peyda olur.
Bu inkişaf etməkdə
olan şəhər üçün çox normaldır. Bundan başqa
Azərbaycanın bölgələrində
də olmuşam.
Ən əsas Şəkidə.
Xüsusi olaraq Xan Sarayından böyük zövq aldım. Ən çox xoşuma gələn yer isə İçərişəhərdir.
Üç nöqtə.-2007.- 22 avqust.- S.13.