Seyidov T.H.

 

Şərur tarix-diyarşünaslıq muzeyi

 

Bu günlərdə Şərurda olarkən əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyıılmuş rayon tarix-diyarşünaslıq muzeyində olduq. Muzey 1978-ci ildə təşkil edilib. Muzeyin direktoru Azərbaycan Jurnalistləri Birliyinin üzvü, bir neçə il "Şərq qapısı" qəzetinin xüsusi müxbiri işləmiş, dəyərli qələm sahibi Mirhüseyn Seyidovla görüşdük. Azərbaycanın milli sərvətinin, tariximizin, mədəniyyətin qorunub-saxlanması üçün mühüm rol oynayan muzeyin təşkil edilməsində Mirhüseyn müəllimin rolu az olmayıb.

-  Mirhüseyn müəllim, rayon tarix-diyarşünaslıq muzeyi barədə oxuculara məlumat verməyinizi xahiş edirik.

-   Şərur tarix-diyarşünaslıq muzeyi 1978-ci ildən ictimai əsaslarla fəaliyyət göstərən kiçik muzey ulu öndərimiz Heydər Əliyevin sərəncamından sonra əsaslı muzeyə çevrilib. Muzeyimizdə 11 işçi fəaliyyət göstərir. Muzeydə 200-ə yaxın ekspozisiya, 700 eksponat var. Muzeydə 12 guşə, 2 bölmə fəaliyyət göstərir. Muzeydə təbiət, arxeologiya etnoqrafıya, qədim pul sikkələri, qırmızı tabor, şəhidlər, Böyük Vətən müharibəsi, mədəniyyət, incəsənət Azərbaycan - Ana Vətən, ulu öndərimiz Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən guşələr vardır.

Muzey əhalinin xüsusilə cavan nəslin, uşaq yeniyetmələrin ideya-siyasi mənəvi tərbiyəsinin mərkəzinə çevrilib. Burada hər bir kəs öz diyarının, yaşadığı rayonun, kəndinin tarixinə, keçmişinə dərindən d olur, bu günə nəzər salır, gələcəyinə ümidlə baxır.

Muzeyimizdə 7 minə yaxın eksponat mühafizə edilərək qorunub saxlanılır. Muzey qədim müasir dövrü əhatə edən iki şöbə 12 bölmə sakinlərə xidmət edir. Muzeyə gələn hər bir şəxsdə rayonda vaxtı ilə xalqa xidmət edən ondan bacarıqla istifadə edən əşyalar, əsaslı məlumat verir. Təbiət bölməsində rayonun flora faunası haqqında ətraflı məlumat verilir, müxtəlif çay daşları, dərman bitkiləri, rayonda yetişdirin məhsulların nümunələri Şərur təbiətini özündə əks etdirən rəsm əsərləri nümayiş etdirilir.

Qədim dövrü özündə əks etdirən daş alətlər, saxqablar, tuncdan hazırlanmış qədim bəzək əşyaları və gil fiqurlar buraya gələnlərdə ulu əcdadlamızın həyat tərzi barədə aydın təsəvvür yaradır.

O cümlədən Etnoqrafiya bölməsində XX əsrin XX əsrin əvvəllərində məişət əşyaları mis qablar, nehrə, səvərə, taxta ləyən, qədim kənd təsərrüfatı əşyalarından xış, çar-çar, vəl, yaba kimi alətlər keçmişimizdən xəbər verir. Toxuculuq nümunələrindən olan əl işləri, naxışlı xurcun, farmaş, yun corab, çəhrə, yun darağı, teşi s. alətlər maraqlı eksponatlardır.

Qədim sikkələr, ötən əsrin kağız pulları nütizitatika bölməsində öz yerini tutur. "Qırmızı Tabor guşəsi" 1918-20-ci illərdə Abasqulu bəy Şadlinski tərəfindən yaradılaraq erməni daşnaklana qarşı mübarizə aparmış şərurlu döyüşçülərin həyat mübarizə tarixinə həsr olunub. Muzeyimizdə Böyük Vətən müharibəsi şəhidlər bölməsində qəhrəman oğulların müharibədə göstərdikləri igidliklər foto-şəkillər vasitəsilə nümayiş etdilir.

- Mirhüseyn əllim, bəs hərbi vətənpərvərlik, məktəbli gənclərimizin tərbiyəsi üçün muzeydə nə kimi işlər görülüb?

-  Məktəbli gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsində Azərbaycan milli qəhrəmanlarından həmyerlimiz Məhərrəm Seyidovun, Kərim Kərimovun, Səyavuş Həsənovun başqalarının

büstləri, portretləri nümayiş etdirilir, onlar haqqında ətraflı məlumat verilir. Ümummilli liderimiz Heydər Əliyev Əlirza oğlu Əliyevin MR-dəki ictimai-siyasi fəaliyyətini əks etdirən materiallar da öz yerini tutub. Dahi şəxsiyyətin Naxçıvanda keçirdiyi görüşlərin, həmçinin ölkə başçısı vəzifəsində çalışdığı vaxt regionlara etdiyi səfərlərin fotoları da qiymətli materiallardandır.

Muzeyimizdə alimlərimiz, şairlərimiz bölməsində rayonumuzdan olan dahi şəxsiyyətləri və bu gün də özünə xüsusi yer tutmuş alim və şairlərimizin fotoları və həyat fəaliyyəti barədə tamaşaçılara məlumat verilir.

-  Mirhüseyn müəllim, bu günədək nə qədər tamaşaçı muzeyinizdə olub?

-  Bu günədək 19 minədək tamaşaçı muzeyimizi ziyarət edib. Onlardan ən çoxu gənclər uşaqlar olub. Qonaqlamız da çox olub. MDB məkanından, Türkiyə, İran, Cənubi Koreya, Fransa, İngiltərədən muzeyimizə gələnlər olub, onlar muzeyimizdə olarkən muzeyin kitabına öz xoş təəssüratla yazıblar. Muzeydə Şərur şəhərindəki 1 2 nömrəli məktəbin, Yengiçə, Cəlilkənd, Çərçiboğan, Çomaxtur məktəbinin, Şərur türk liseyinin, uşaq bağçalarının müəllim şagirdləri muzeyimizin ən fəal tamaşaçıları olublar.

-  Muzey işçilərinizdən bir neçəsinin adını qeyd edəydiniz, hansı ki, sizə yaxından köməklik göstərir, axtaşda olurlar?

-  İşçilərimizdən Zərifə Əliyeva, Bəyimağa Sadıqova, Zəminə Babayeva, Şəkər Qasımova, Zülfıyyə Məlahət Həsənovalar öz işlərində həmişə ciddi fəaldırlar.

Şərur rayon tarix-diyarşünaslıq muzeyində olarkən bir daha əmin olduq ki, bu muzeyin kollektivi onlara göstərilən dövlət qayğısından bəhrələnərək bundan sonra da öz vəzifə borclarını layiqincə yerinə yetirəcəklər.

 

Azad Azərbaycan.- 2007.- 17 avqust.- S. 6.