İstanbulda “Qlobal
kənd”
İstanbulda "Qlobal
kənd" adlı sərgi açılıb.
İstanbul Böyük
Şəhər Bələdiyyə
başçısı Kadir
Topbaşın rəhbərliyi
və Türkiyənin
məşhur "Anadolu
atəşi" qrupunun
konserti ilə açılan Beynəlxalq
Konqres çərçivəsində
baş tutan sərgidə iştirakçılar
öz ölkələrinin
mədəniyyətləri haqqında məlumat veriblər.
Qeyd edək ki, 21-30 avqust tarixləri arasında keçirilən konqres dünyanın ən böyük tələbə
təşkilatı tərəfindən
təşkil olunub. Bu il Beynəlxalq
Konqresdə 100 ölkədən
700-dən çox gənc iştirak edir. Tədbirdə əvvəlki illərdən
fərqli olaraq Azərbaycanı 4 tələbə
təmsil edib. Onlar sərgi zamanı milli geyimdə Azərbaycan tarixi, mədəniyyəti,
musiqisi, milli mətbəxi haqqında ziyarətçilərə məlumat
veriblər. Onu da deyək ki,
Azərbaycan təmsilçiləri
müxtəlif kanal və agentliklərə müsahibə veriblər.
Kaspi.-2007.- 25-27 avqust.-S.20.