Aşağı Karvansara kompleksinin bərpası üçün vəsait aylıb

 

Binanın təmir işlərinə 200 min manat xərclənəcək

 

Azərbaycanın turizm mərkəzlərindən olan, 18-ci əsr tarixi memarliq abidəsi "Aşağı Karvansara" Mehmanxana Kompleksi qədim ornament və xidmət novləri qorunmaqla yenidən turistlərin ixtiyarına veriləcək. Bu barədə "Karvansara Mehmanxana Kompleksi"nin direktoru Şahin Hüseynov bildirib.

Hüseynov keçən əsrdən bəri istifadəsiz qalan "Aşağı Karvansara" mehmanxanasının Regionların Sosial İqtisadi Inkişafı Proqramı çərçivəsində bərpası üçün vəsait ayrıldığını və bir neçə gün bundan əvvəl təmir işlərinə başlandığını qeyd edib. Onun sözlərinə görə, bərpa zamanı abidənin tarixinə, memarlıq üslubuna heç bir xələl gətirilməyəcək. Mədəniyyət və Turizim Nazirliyinə aid binanın ilkin mərhələdə təmir işlərinə 200000 AZN vəsait ayrılıb.

 

Yeni Azərbaycan.- 2007.- 9 avqust.- S. 8.