İbrahimova
S.
Əcnəbilərin
abidələrimizə marağı
artıb
Qız qalası, Atəşgah və Şirvanşahlar Saray Kompleksinin
direktoru bunu təbliğat işləri ilə əlaqələndirir
"Qız qalasında aparılan bərpa işləri cari xarakter daşıyır
və binanın ağardılması planlaşdırılmayıb".
Bunu şəhərdəki
bir sıra qədim binaların təmiri zamanı əvvəlki görkəmini
itirməsi ilə bağlı narahatlıqlara
münasibət bildirən
Qız qalası, Atəşgah və Şirvanşahlar Saray Kompleksinin direktoru Rəna Rzayeva deyib. Onun sözlərinə
görə, abidədə
bərpa ancaq binanın üst tərəfində bəzi
yerlərdə düşmüş
daşların yerinə
qoyulması məqsədi
daşıyır. Eyni
zamanda, daşların
arasında bitmiş bitkilərin təmizlənməsi
nəzərdə tutulub.
Qız qalasının
əvvəlki görkəminin
dəyişdirilməsi isə
müzakirə mövzusu
deyil.
Rəna Rzayeva ilə söhbət əsnasında onu da öyrəndik ki, son zamanlar
ölkədə turizmin
inkişafı ilə
əlaqədar tarixi abidələrə əcnəbilərin
marağı artıb.
Xüsusilə yay aylarında ölkəyə
turist axını Qız qalası, Atəşgah və Şirvanşahlar Sarayında
bir illik biletlərin yarım ildə satılıb qurtarmasına səbəb
olub. Direktorun dediyinə görə,
hazırda kompleks biletlərin yenidən çapı ilə bağlı sifariş verib. Əcnəbi turistlərin bu abidələrə marağının
böyük olduğunu
deyən R.Rzayeva bunu son zamanlar
aparılan təbliğat
və məlumatlandırma
işlərinin yüksək
səviyyədə təşkili
ilə əlaqələndirib.
Müsahibim onu da bildirdi ki,
Şirvanşahlar sarayında
hər həftə yerli və əcnəbi
musiqisevərlər üçün
təşkil edilən
muğam gecələrinə
fasiləveriləcək. Xatırladaq
ki, bu il
martın 14-dən başlayaraq hər həftə keçirilən
muğam gecələrindən
sonuncusu avqustun ortalarında baş tutacaq. Həmin gün keçiriləcək
XX muğam gecəsindən
sonra sentyabraqədər
muğam gecələrinə
fasilə veriləcək.
Saray layihəni sentyabrın 5-dən davam etdirəcək. Məlumat üçün
bildirək ki, muğam gecələrinin biletləri yerli əhali üçün
2 manat, əcnəbi vətəndaşlar üçün
isə 10 manatdır.
Kaspi.-2007.-11-13 avqust.-S.20.