Həzrə türbələri kompleksi
bərpa olunur
Qəbələ rayonunda
93 tarixi mədəniyyət
abidəsi mövcuddur
və bütün abidələr mühafizə
olunur. Bir müddət əvvəl isə Çuxur Qəbələ adlanan ərazidə Qəbələ
Dövlət Tarixi Bədii Qoruğu yaradılıb. Bu qoruqda qədim Alban dövlətinin paytaxtı olmuş Qəbələ şəhərinin
xarabalıqları, qala
bürcləri mühafizə
olunur. Mədəniyyət
abidələrinin təmiri
də diqqət mərkəzindədir. Rayon
mədəniyyət və
turizm şöbəsinin
müraciətinə əsasən,
XV-XVI əsrlərin tarixi
abidəsi olan "Həzrə türbələri"
kompleksində hazırda
bərpa işləri
aparılır. Mədəniyyət
və Turizm Nazirliyinin 4 nömrəli Şəki Elmi Bərpa İstehsalat İdarəsinin briqadası
tərəfindən görülən
işlər gələn
ay başa çatdırılacaq.
Qeyd edək ki, Qəbələnin Həzrə kəndində
yerləşən bu kompleksə Şeyx Bədzəddin türbəsi
(1446-cı il), Şeyx Mahsur türbəsi (XVI əsr),
Şeyx Məhəmməd
türbəsi (XV əsr)
daxildir. Qəbələ
şəhərindəki "Səkkizguşəli məscid"in (XV-XVI əsrlər) əsaslı təmiri üçün də Mədəniyyət və
Turizm Nazirliyinə müraciət olunub.
Kaspi.-2007.-9 avqust.-S.17.