Qaliboğlu E.
"Azerbaijan International"
Azərbaycan mədəniyyətinin soraqlarını
dünyaya yayır
SSRİ-nin dağılmasından sonra Azərbaycan başqa müttəfiq respublikalar kimi azadlıq əldə etdi. 70 il ərzində Azərbaycan sovet imperiyasının tərkibində yaşamağa məhkum olduğundan Azərbaycan mədəniyyətinin, incəsənətinin ən məşhur soraqları dünyaya "sovet mədəniyyəti" adı ilə təqdim olunurdu. Ötən yüzilin 90-cı illərindən sonra Azərbaycanın özünü dünyaya müstəqil dövlət olaraq tanıtmaq səyləri ilə yanaşı, dünyanın ayrı-ayrı ölkələrində yaşayan yaradıcı şəxslərin Azərbaycanı dünyaya tanıtmaq istəkləri tədricən gerçəkləşməyə başladı. Artıq bu gün Azərbaycan ictimaiyyətinin sorağını eşitməyə öyrəşdiyi, Azərbaycan mədəniyyətinin, incəsənətinin soraqlarını dünyaya yayan "Azərbaycan İnternational" jurnalı belə nəşrlərdəndir. "Xalq cəbhəsi" qəzetinə müsahibəsində "Azərbaycan İnternational" jurnalının mzibatçı koordinatoru Sevinc Mehdizadə bu barədə qənaətlərini bildirib. Jurnal 1993-cü ildən nəşr olunur. İndiyə kimi 59 sayı işıq üzü görüb, ildə 4 dəfə çıxır. Jurnalın baş redaktoru amerikalı Betti Bleyer, naşiri isə əslən Güney Azərbaycandan olan Piruz Xanludur.
Sevinc xanım deyir ki, ötən yüzilin 90-cı illərindən başlayaraq ermənilər Azərbaycanda olan ərazi iddialarını gerçəkləşdirmək üçün bütün mümkün vasitələrə əl atırdılar: "Bu müddətdə ermənilər Dağlıq Qarabağda bir çox vəhşiliklər törətmişdilər. Ermənilərin tarixi Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərlə bağlı, konkret olaraq Amerikada müharibə haqqında yanlış təsəvvürlər vardı. Amerikada belə düşünürdülər ki, azərbaycanlılar müsəlman olduqlarına görə ermənilərin ərazisini işğal ediblər. Ermənilər hər vəchlə azərbaycanlıları günahkar kimi qələmə verirdilər. O dövrdə Betti Bleyer və Piruz Xanlu azərbaycanlılar haqqında səslənən erməni təbliğatının mahiyyətini aydınlaşdırmaq, faktlarla yerində tanış olmaq, obyektiv məlumatları dünyaya çatdırmaq məqsədilə Azərbaycana gəlirlər. Onlar görürlər ki, müharibə Azərbaycanın ərazisində gedir, işğal olunan ərazilər Azərbaycan dövlətinindir, həmçinin qətl-qarətlərə, dəhşətli əzablara, qaçqınlığa məruz qalan insanlar azərbaycanlılardır.
Bleyer və Xanlu qərara gəlirlər ki, bu məlumatları dünyaya çatdırmaq
üçün jurnal
nəşr etsinlər:
Jurnalın ilk sayı 1993-cü ilin qışında işıq
üzü görür.
İlk dəfə jurnalın ümumi
həcmi 16 səhifədən
ibarət olur, ağ-qara kağızda çıxır. Sonralar jurnalın həcmi getdikcə artmağa başlayır. Hazırda jurnalın hər sayı 100 səhifədən
artıq həcmdə
işıq üzü
görür. Rəngli,
illüstrasiyalı jurnal
ədəbi-ictimai məzmunlu olub. Azərbaycan mədəniyyəti,
musiqisi, ədəbiyyatı,
rəssamlığı, ümumiyyətlə,
Azərbaycan incəsənətinin
bütün sahələri
haqqında canlı, dolğun bilgilər verir, Azərbaycan mədəniyyətinin zəngin
tarixi haqqında əcnəbi oxucularda hərtərəfli təəssürat
yaradır: "Ümumiyyətlə,
məqsəd Azərbaycam dünyaya ardıcıl olaraq tanıtmaqdır. Dünyanın
bir çox universitetlərində (Kembric,
Harvard, Kolumbiya, Kaliforniya və s.) bu jurnal
ardıcıl şəkildə
yayımlanır. Amerikanın,
Avropanın nüfuzlu
təhsil ocaqlarında
Azərbaycanla bağlı
sözügedən sahələrdə
ciddi təəssüratların
yaranmasında jurnal əhəmiyyətli rol oynayır". Jurnal əsasən abunə yolu ilə yayılır.
Sevinc xanım daha sonra deyir ki, "Azərbaycan
İnternational" jurnalının materialları Amerikada
hazırlanır, Türkiyədə nəşr olunur.
Jurnalın baş ofisi Amerikanın Los-Ancelos şəhərində,
digər ofısi isə Bakı şəhərindədir. Jurnal
həmçinin Türkiyədə də yayılır.
Sevinc xanım jurnalda
Azərbaycanla bağlı gedən materiallara dünyanın
müxtəlif ölkələrində yaşayan tanınmış
elm, sənət, mədəniyyət xadimlərinin ciddi maraq
göstərdiklərini, reaksiya verdiklərini bildirir.
Həmçinin
jurnalın hazırda 4 veb saytı fəaliyyət
göstərir.
Azer.com saytında
jurnalın indiyədək çıxan bütün sayları
yer alıb. Azeri.orq saytında Azərbaycan və ingilis
dillərində Azərbaycan ədəbiyyatına aid
nümunələr yer alıb. Hacibeyov.com saytında
məşhur Azərbaycan bəstəkarı, dahi Üzeyir
Hacıbəyovun librettolarının mətnləri
yerləşdirilib, həmçinin məşhur musiqilərindən
parçalara qulaq asmaq mümkündür. Digər bir saytda isə
Azərbaycan rəssamlarının, ümumən bu
yönlü istedadlı sənətkarların
əsərləri yer alıb. Tamaşaçı
burada rəssamlıq sahəsinə aid nümayəndələrin irsi
ilə ətraflı tanış ola bilər. Jurnalın Azərbaycan mədəniyyətini
daha geniş səviyyədə dünyaya
çatdırmaq istəyi
var. Sevinc xanım bu saytların
qurulmasında Azərbaycan
mütəxəssislərinin
təcrübəsindən geniş
bəhrələndiklərini bildirir. Betti Bleyer ildə bir neçə dəfə Azərbaycana gəlir. Azərbaycanın
məşhur incəsənət
xadimləri ilə görüşləri olur,
jurnalın növbəti saylarında işıq üzü görəcək
məlumatları şəxsən
özü toplayır.
Sentyabr ayında Betti Bleyerin Azərbaycana növbəti
səfəri gözlənilir.
Jurnalın növbəti
sayı "Əli və Nino" romanı və Yusif Vəzir Çəmənzəminliyə həsr olunacaq. Həmçinin "Azərbaycan
İnternational" jurnalı
-' "Əli və Nino" romanı barədə inşa müsabiqəsi elan edib. Jurnalın müsabiqə şərtində
deyilir ki, bu barədə rəylər Azərbaycan və ya ingilis
dillərində ən çoxu 300 sözlə ifadə edilə bilər. Hətta qalibləri mükafat da gözləyir.
Xalq cəbhəsi.- 2007.- 8 avqust.- S. 14.