Xatun

 

Naxçıvanda 960-dan artıq abidə qeydə alınıb

 

Sonuncu proses iki mərhələdə keçirilib

 

Naxçıvanın tarixi abidələrinin qeydə alınması və pasportlaşdırılması işi başa çatıb. İndiyə kimi 960-dan artıq abidə qeydə alınıb. AMEA Naxçıvan bölməsinin "Qədim dövr arxeologiyası" şöbəsinin müdiri, tarix elmləri doktoru Vəli Baxşəliyev prosesin iki mərhələdə baş tutduğunu deyib: "İkinci mərhələnin başa çatması ilə pasportlaşdırma işi yekunlaşmış hesab edilir. Aprel ayından başlanan ikinci mərhələdə 360-dan artıq abidə qeydə alınıb. Hər iki mərhələdə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda 212, Babək rayonunda 118, Culfada 186, Kəngərlidə 84, Şahbuzda 133, Sədərəkdə 25, Ordubadda 200-dən artıq abidə qeydə alınaraq pasportlaşdırılıb. Naxçıvan şəhərində isə 26 tarixi abidə bu siyahıya daxil edilib".
Qeyd edək ki, regionda tarixi mədəni abidələrin pasportlaşdırılması işi "Naxçıvan Muxtar Respublikası ərazisində tarixi abidələrin qeydə alınması pasportlaşdırılması haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 6 dekabr 2005-ci il tarixli sərəncamına əsasən həyata keçirilib

 

Ayna.-2007.-23 avqust.-S.8.