Xidməti X.
Qız
Qalası da təmirə dayanıb
Təmir
işləri aparılsa
da, onun fəaliyyəti dayandırımayacaq
Şirvanşahlar Sarayı
kompleksi Dövlət Tarixi və Memarlıq Qoruq-Muzeyin strukturuna aid olan qədim "Qiz Qalası" tarixi abidəsində əsaslı təmir işlərinin aparılması
üçün layihə
smeta sənədləri
Mədəniyyət və
Turizm Nazirliyində təsdiq olunub.
Xatırladaq
ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında İçərişəhər Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsindən təmir
işlərinin həqiqətən
başlandığını və işlərin icrasına
Mədəniyyət və Turizm Nazirliyinin tarixi
abidələrin mühafizəsi və bərpasi
şöbəsi tərəfindən nəzarət edildiyi
bildirildi. Müvafiq şöbədən
“Municipality.az” saytına
bildirilib ki, Qiz Qalasında təmir işləri aparılsa da, onun fəaliyyəti dayandırılmayacaq. Abidənin
əsasən fasadının
eroziyaya uğramış
hissələri müasir
standartlara cavab verən səviyyədə
bərpa ediləcək.
Bərpa işlərinin
oktyabr ayınadək başa çatacağı
nəzərdə tutulub.
Muzeyin direktoru Rəna Rzayevanın verdiyi məlumata görə, bərpa işləri muzey rəhbərliyinin təşəbbüsü ilə
aparılır və qədim tarixi abidə olan Qiz Qalasının mühafizəsi üçün
Novruz bayramı gunlərində BŞİH tərəfindən
təşkil olunan şənliklərin ssenarisindən
alpinistlərin Qız
Qalasına dırmaşmaşı
çıxarılıb. Çünki
bir neçə dəfə təkrar olunan bu addım
nəticəsində qalanın
divarlarından onlarca daş laxlayaraq yerindən qopub.
Bizim yol.-2007.- 7 avqust.-S.15.