Qədim Şəmkirin
mühafizəsi gücləndirilib
38 hektar sahəni əhatə edən şəhərin qala divarları konservasiya ediləcək
VI-XIII əsrlərin
yadigarı olan Qədim Şəmkir şəhərinin
ərazisinin mühafizəsi gücləndirilib. Bu
barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin
mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov
məlumat verib.
O bildirib ki, ilk növbədə tarixi abidənin Mədəniyyət və Turizm Nazirliyinın mühafizə etdiyi qədim mədəniyyət nümunəsi olması ilə bağlı əraziyə lövhələr qoyulub. Lövhələrdə Qədim Şəmkir şəhərinin tarixi, ərazisi ilə bağlı məlumat qeyd olunub.
Ərazinin artıq xüsusi rnühafizəçi
tərəfindən qorunduğunu
da qeyd edən
R.Bayramov arxeoloji qazıntıların hələ
davam etdirildiyini
bildirib. Narınqala, Şəhristan və Rabat ərazisindən ibarət olan və 38 hektara yaxın sahəni əhatə edən Qədim Şəmkir şəhərinin qala divarlarının memarlar tərəfindən konservasiyası
nəzərdə tutulub.
Qeyd edək ki, mədəni abidənin üzə çıxarılması və
bərpası layihəsi
Mədəniyyət Nazirliyinin
nəzarəti ilə
Regionların İnkişafı
İctimai Birliyinin
vəsaitı hesabına
həyata keçirilir.
Qədim tarixi abidəni gələcəkdə
turizm obyektinə çevirmək, turistlərin
bu şəhərə səyahətlərini
təşkil etmək
nəzərdə tutulub.
Mərkəz.- 2007.- 28 avqust.- S. 15.