Mehdixanlı T.
Abidələr qorunur, bərpa olunur
Xalqımız zaman-zaman
müxtəlif quruluşlarda yaşamağa məcbur olmuş,
istədiyi kimi qurub-yarada bilməmiş, tarixi memarlıq
nümunələrinə, abidələrə lazımi
qədər qayğı göstərmək imkanında
olmamışdı. Çox şükürlər ki, indi vəziyyət dəyişib, azadlıq, sərbəstlik dövrünü
yaşayırıq.
"Hökumət evi"nin önündə Qərib adlı ağsaqqalla tanış olduq. Söhbətimiz zamanı ondan eşitdik: "Yetmiş il ərzində Bakıda tikilməyən yaşayış, inzibati binalardan yüz dəfə artığı
son on ildə
inşa edilib. Paytaxtımızın hüsnü-camalı gündən-günə dəyişir,
gözəlləşir. Çünki
daha müstəqil ömür sürürük,
yaşayırıq. Görürsünüz
bu binanı necə gözəl, bərpa-təmir ediblər? Bunun üçün dövlətimizin
başçısına minnətdar
olmalıyıq".
Son vaxtlar yeni binalar tikib
ucaltmaqla yanaşı,
tarixi abidələrin,
yadigarların qorunmasına
da diqqət artıb, onların təmiri-bərpası qayğısına qalınır.
Möhtərəm Prezident
İlham Əliyevin 18
avqust 2006-cı tarixdə "Azərbaycan
Respublikasının paytaxtı
Bakı şəhərində
tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqında"
verdiyi sərəncam işlərin daha da sürətləndirilməsinə
şərait yaratmışdı.
Ətrafında, xarici
görünüşündə və daxilində əsaslı abadlıq, təmir-bərpa işləri aparılan obyektlərdən biri də möhtəşəm,
orijinal görünüşü ilə seçilən "Hökumət
evi"dir. AMEA-nın müxbir üzvü, görkəmli
memar Cəfər Qiyaslı deyir:
- Bu binanın bəxti əvvəldən
gətirməmişdi. Zamanın tələbi
ilə əcnəbi L.Rudnevin də iştirak etdiyi, amma əsas xidmətləri olan Sadıq Dadaşovun, Mikayıl Hüseynovun verdikləri layihənin müzakirəsi qanlı repressiya dövrünə
düşmüşdür. İnsanlar günahsız əzablara, işgəncələrə
düçar olmuşdular.
Bütün bunlara baxmayaraq sənət yaşamışdır. Tanınmış memar, akademik Mikayıl Hüseynovun təklifi birinci yerə layiq görülmüş, binanın
tikintisinə başlanmışdı.
Ancaq bünövrədə
ilk işlər gedərkən proses dayandırılmışdı. İkinci Dünya müharibəsi çox arzular kimi tikintini
də yarımçıq
qoymuşdu. Yalnız
müharibədən sonra
inşaat davam etdirilmişdi. Altmış ildən artıq
yaşı olan, şəhər sakinlərinin,
qonaqların diqqətini
çəkən bina
son vaxtlar əzəmətini, memarlıq
şöhrətini az
qala itirmiş, görünüşü eybəcər
hala düşmüşdü.
Prezident İlham Əliyevin sərəncamından
sonra onun təmir-bərpa işlərinə başlandı.
Ətrafında zövq oxşayan səliqə-sahman yaradıldı. Binanın
daxilində bərpa işləri davam etdirilir. Bir sözlə, "Hökumət
evi" ikinci ömrünə qədəm
qoyub. Daim qonaqlı-qaralı paytaxtımızın memarlıq
nümunəsinin rəmzi
kimi baxılır, yaddaşlarda qalır. Bu qayğıya, diqqətə görə sənətkarlar, sakinlər
adından cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.
Binanın daxilində
işlər sürətlə,
yüksək keyfiyyətlə
aparılır. Rastlaşdığımız,
əməyindən fərəh
duyduğunu gördüyümüz
gənc bərpaçı
Etibar qürur hissi ilə dedi: "Tarixi abidələri qorumaq, yaşatmaq borcumuzdur, onlar bizlərə yadigar, əmanətdir. Müdriklər demiş, əmanətə xəyanət
olmaz".
Dövlət başçısı
cənab İlham Əliyevin gündəlik qayğısı, diqqəti
sayəsində bütün
regionlarımızda da
tikinti-quruculuq, tarixi abidələrin bərpası
və qorunması işləri uğurla davam etdirilir. Rayonların mərkəzi,
kənd və qəsəbələrin görünüşü
könül açır,
göz oxşayır.
İqtisadi inkişafımız
yüksəldikcə həyat
tərzimiz, güzəranımız
firavanlığa doğru
dəyişir. Xalqımız
xoşbəxt gələcəyə,
işıqlı sabahlara
doğru inamla, ümidlə baxır.
Azərbaycan.-2007.-21 avqust.-S.6.