Mehdixanlı T.
Dövlət başçısının
mədəniyyət ocaqlarına qayğısı
yüksək dəyərləndirilir
Xəbər verildiyi
kimi, Azərbaycan Prezidenti İlham Əliyev Dövlət İncəsənət Muzeyində,
Dövlət Gənc Tamaşaçılar Teatrında,
yeni inşa edilən Muğam Mərkəzində olmuş,
tikinti-abadlıq işləri
ilə maraqlanmışdır.
Dövlət başçısı inşaatçıların fəaliyyətlərindən
razı qalmışdır.
Bu günlərdə Rüstəm
Mustafayev adına
Azərbaycan Dövlət
İncəsənət Muzeyində
olduq. Muzeyin direktor müavini Elmira Qasımova demişdir:
- Binanın 120 ildən
artıq yaşı
var. Zaman-zaman burada müxtəlif təşkilatlar,
idarələr fəaliyyət
göstərmişdir. Ötən əsrin
50-ci illərindən İncəsənət
Muzeyinə verilmişdir.
Onun ilk direktoru xalq rəssamı Kazım Kazımzadənin təşəbbüsü
sayəsində bu mədəniyyət ocağında
müəyyən bərpa
işləri aparılmışdır.
Son vaxtlar isə
binanın istər daxili, istərsə də xarici görünüşü müasir
tələblərə uyğun
gəlmirdi. Dövlətimizin başçısına dərin
minnətdarlığımızı bildiririk ki, binanın əsaslı şəkildə təmir-bərpası
üçün sərəncam
verib. Hazırda burada keyfiyyətlə
bərpa işləri
görülür.
Muzeydə minlərlə nadir eksponat mühafizə olunur. Tarixi yadigarları qorumaqdan,
onları təbliğ,
nümayiş etdirməkdən
şərəf duyuruq.
Cənab
Prezidentin muzeyə gəlişi, görülən
işlərlə əyani
tanışlığı sənətsevərlərin, həmkarlarımın
ürəyincə olmuşdur.
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının
gənc nəslin dünya görüşlərinin
formalaşması istiqamətində
xidməti böyük
olmuşdur. Ötən əsrin
70-80-ci illərində burada
çalışan aktyorlara,
rejissorlara ulu öndər Heydər Əliyev daim qayğı göstərmişdir.
Hüseynağa Sadıqov,
Süleyman Ələsgərov,
Xuraman Hacıyeva, Ağakişi Kazımov, Ədalət Məmmədov
və başqaları
fəxri adlar, orden və medallar,
mükafatlar almışlar.
Elə həmin dövrdə məhz ümummilli liderin diqqəti sayəsində teatrın binası yenidən qurulmuş, müasir texniki avadanlıqlarla təmin edilmişdir.
Sənət məbədlərinə, sənətkara yüksək
qayğı göstərən
respublika Prezidenti İlham Əliyev teatr binasında yenidən əsaslı təmir işləri aparılması üçün
sərəncam verib.
Xalq artisti, tanınan teatr rejissoru, uzun illər burada işləmiş Ağakişi
Kazımov demişdir:
- Dövlətimizin başçısı
cənab İlham Əliyevin yaradıcı insanlara, onların çalışdıqları iş
yerlərinə qayğı
göstərməsinə valeh
olmuşam. Gənc Tamaşaçılar Teatrında aparılan təmir-bərpa işlərinin
şəxsən nəzarətdə
saxlamasını fərəh
hissi ilə qarşıladım. Bir daha əmin oldum ki, milli teatrımız
məhz sözə, sənətə qiymət
verən, hörmət
edən möhtərəm
Prezidentin qayğısı
sayəsində inkişaf
dövrünü yaşayır.
Xalqımızın mənəvi dəyərlərindən
biri də milli musiqimiz - muğamlar, təsniflər,
el havacatlarıdır. Məlumdur ki, muğamlarımızın
yaşı qədimdir.
Bu sənətin yolunda, inkişafı uğrunda cəfa çəkənlər, əzablara-əziyyətlərə
qatlaşıb onu yaşadanlar çox olub. Əlbəttə, zaman-dövran dəyişsə
də, onlar unudulmurlar, dönə-dönə
xatırlanırlar. Ustadlara
ehtiram əlaməti olaraq son vaxtlar ölkəmizdə muğam
sənətinə qarşı
böyük hörmət,
diqqət var. Bunun üçün qədirbilən
insanlar Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdardırlar.
Məhz onun diqqəti sayəsində Muğam Mərkəzinin tikintisinə
başlanmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin və YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın iştirakı
ilə 2005-ci il avqustun 24-də dənizkənarı Milli Parkda Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulmuşdur.
Bu mərkəzin də inşası tarixi abidələrin, mədəniyyət ocaqlarının
yenidən qurulması,
bərpası dövlət
başçısının daim diqqətindədir.
Avqustun
15-də cənab Prezident
Muğam Mərkəzinin
tikildiyi ünvana gəlmiş, inşaat işlərinin gedişi ilə maraqlanmışdır.
Tikintinin vəziyyəti,
binanın maketi ilə
Muğam Mərkəzinin
qənşərində təsadüfən
rastlaşdığımız ahıl kişidən eşitdik: Xalqını sevən rəhbər özü də sevilər. Cənab Prezidentin bu
diqqəti, qayğısı
heç vaxt yaddan çıxmayacaq.
Bir gündə 3 tarixi ünvanda vəziyyətlə
tanışlıq əsl
rəhbərə xas olan xüsusiyyətdir.
Azərbaycan.-2007.-31 avqust.-S.2.