Nüşabə

 

Qız qalası, Atəsgah Sirvansahlar turistlərin

diqqət mərkəzində

 

Gələn turistlərin arasında İtaliya

Fransa vətəndaşları çoxalmağa başlayıb

 

Turizm ən gəlirli sahə hesab olunur və ondan gələn gəlirlərin çoxalması üçün müxtəlif tədbirlər həyata keçirilir. Hətta bir-birinə çox yaxın məsafədə otellər tikilir, əyləncə mərkəzləri yaradılır ki, turistlərin həmin şəhərlərə axını güclü olsun. Bu gün turizm sektorunun inkişafına görə Türkiyə öncül yerlərdədir. Təkcə Alanya və Antalyada dincələn turistlərin sayı ilbəil artmaqdadır. Adıçəkilən şəhərlərdə otellər şəbəkəsi bir-birinin yaxınlığında yerləşsə də, müştəri baxımından heç biri qıtlıq çəkmir. Rəqabət öz yerində. Onların əsas şüarı "keyfiyyətli xidmətdir" desək, yanılmarıq. Bu isə onların biznes siyasəti ilə bağlıdır. Yəni, hər bir otel müştəriyə yüksək xidməti digər rəqib otellərdən qat-qat aşağı məbləğə təklif edir.

Türkiyə qış aylarında da turist sarıdan qıtlıq çəkmir. Qarlı Uludağa alpinizm xizəksürmə idman növü ilə məşğul olmağa böyük həvəslə gələn turistlərin sayı qış aylarında xüsusilə artır. Ümumiyyətlə, Türkiyə ilin bütün fəsillərində turistlərin diqqət mərkəzində olmağa çalışan ölkədir. Türkiyənin bir çox əyalətlərində otel biznesi, digər əyalətlərdə təbiət mənzərəsi tarixi abidələr turistləri həmin ölkəyə gəlməyə vadar edir. Bir sözlə, bu ölkə mövcud olan bütün resurslardan istifadə etməklə turizm sektorunu inkişaf etdirir.

Qärdaş ölkədən fərqli olaraq Azərbaycanın təbii-coğrafi mövqeyi tarixi abidələri daha zəngindir. Ölkəmizdə müxtəlif qoruqlar, muzeylər, tarixi abidələr var. Bunları əbəs yerə sadalamırıq. Çünki müşahidələr göstərir ki, turistləri hər hansı bir ölkəyə cəlb edən məhz tarixi abidələr muzeylərdir. Bu artıq dünya təcrübəsində özünü təsdiqləyən fikirlərdir. İstər Fransa, istər İtaliya, istərsə Misirə gələn turist ilk növbədə muzeyləri gəzir, tarixi abidələrə tamaşa edir bələdçilərdən qonaq gəldikləri ölkə haqqında ətraflı məlumat alır. Bu məlumatlara əsasən turistlərdə gəldikləri ölkə onun tarixi, mədəniyyəti barədə müəyyən təsəvvürlər yaranır. Bu gün ölkədə tarixi abidələrə əcnəbilərin diqqətini cəlb etməklə turizmi inkişaf etdirmək mümkündür. Ümumiyyətlə, Bakının siması olan İçərişəhərdə az qala hər addımbaşına əllərində fotoaparat gəzişən turistləri tez-tez görürük. İçərişəhərin dar dalanları, Qız qalasının füsunkarlığı Şirvanşahlar sarayının əzəməti deyəsən, son zamanlar əcnəbi qonaqlarımıza daha maraqlı görünməyə başlayıb. Xüsusilə yay aylarında ölkəyə turist axını Qız qalası, Atəşgah Şirvanşahlar sarayında bir illik biletlərin yarım ildə satılıb qurtarmasına səbəb olub. Bu haqda bizə Qız qalası, Atəşgah Şirvanşahlar saray kompleksinin direktoru Rəna Rzayeva məlumat verdi: "Bu il doğrudan da muzeyimizə gələn turistlərin sayında artım müşahidə olunur. 27.482 manatlıq biletlərimiz satılıb. Hər gün 100-150 manatlıq bilet satılır. Bu da muzeyə gələnlərin sayının artımı ilə əlaqəlidir. Muzeyə əvvəllər daha çox İran, Türkiyə vətəndaşları gəlirdilərsə, hazırda turistlər arasında İtaliya Fransa vətəndaşlarını da görürük. Bələdçilərimiz hər bir qonağa muzey onun tarixi barədə ətraflı olaraq məlumat verir. Bundan əlavə muzeydə onun tarixi ilə bağlı olan xüsusi bukletlər broşürlər satılır. "R.Rzayevanın sözlərinə görə, hazırda kompleks biletlərin yenidən çapı ilə bağlı sifariş verib. Əcnəbi turistlərin bu abidələrə marağının böyük olduğunu deyən R.Rzayeva bunu son zamanlar aparılan təbliğat məlumatlandırma işləririnin yüksək səviyyədə təşkili ilə əlaqələndirir: Telekanallarda tez-tez müəyyən məlumatlar verməyə çalışırıq. ANS telekanalında "Afişa" rubrikasında Şirvanşahlar sarayında hər həftə yerli əcnəbi musiqisevərlər üçün təşkil edilən muğam axşamları barədə ətraflı məlumatlar verirdik. Ənənə şəklini alan muğam axşamları martın 14-dən başlayaraq hər həftə keçirilib."

Ən maraqlısı isə odur ki, muğam axşamlarına gələnlər arasında yerli sakinlərlə müqayisədə əcnəbilər üstünlük təşkil edir. Saray layihəni sentyabrın 5-dən davam etdirəcək. Muğam gecələrinin biletləri yerli əhali üçün 2 manat, əcnəbi vətəndaşlar üçün isə 10 manatdır.

 

                  Palitra.- 2007.- 1 avqust.- S. 12.