Ordubadda e.ə. II minilliyin əvvəllərinə aid mədəniyyət abidələrinin qalıqları aşkarlab

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Naxçıvan MR-ın Ordubad rayonunda tədqiqat işi apararkən yeni qəbir aşkar ediblər. Bu barədə məlumatı Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova verib.

Ordubadın Polvdağ ərazisində tədqiqat işi aparıldığını bildirən M.Rəhimova qəbirin eramızdan əvvəl II minilliyin əvvəllərində yaşayan qəbilə başçısına aid olduğunu vurğulayıb. M.Rəhimova qazıntı aparılan ərazidə iki toxunulmamış kurqan və 5 mədəniyyət abidəsi qalıqlarının da aşkar olundugunu söyləyib. Onun sözlərinə görə, 2004-cü ildə kurqan açılarkən orada qadın qəbiri mövcud olub. Qeyd edək ki, Naxçıvana ezam olunmuş ekspedisiyaya Bəhlul İbrahimov rəhbərlik edir. Hazırda ekspedisiya heyəti işini yekunlaşdırmaq üzrədir.

 

                  Zaman.- 2007.- 14-15 avqust.- S. 2.