Şəmkirdə Qafqazın qədim tikilisindən biri aşkar olunub
Azərbaycanın Şəmkir
rayonunun Qaracəmilli kəndində aparılan arxeoloji
qazıntılar zamanı Qafqazın ən qədim
tikilisindən biri aşkarlanıb.
Bu barədə APA-ya ərazidə
tədqiqat aparan beynəlxalq elmi ekspedisiyanın rəhbəri
İlyas Babayev məlumat verib. Ekspedisiya rəhbərinin
bildirdiyinə görə, aşkar edilən yaşayış
binası təxminən 2500 ii bundan öncə tikilib. Hazırda ərazidə Azərbaycan, Almaniya və Gürcüstan alimləri tədqiqat aparırlar. Qeyd edək ki, Almaniyanın
maliyyə vəsaiti hesabına gerçəkləşən
bu beynəlxalq ekspedisiya qədim yaşayış məskənlərini
aşkar etmək məqsədilə arxeoloji
qazıntılara bäşlayıb.
Qaracəmilli kəndində
bu ayın əvvəlində başlayan arxeoloji qazıntılar avqustun sonunda yekunlaşacaq.
İki sahil.- 2007.- 21 avqust.- S. 6.