Vəliməmmədov H.

 

Babagil türbəsi

 

Lerik tarixi abidələrlə zəngin diyardır. Dağ kəndlərində 200-dən artıq  tarixi abidə qeydə alınmışdır. Bunların 42-si ölkə əhəmiyyətlidir. Abidələrin öyrənilməsi, bərpası mühafizəsi ümumxalq işinə çevrilmişdir. Yurdun ulu daşlarının tarixi barədə materiallar toplanmış, şəkilləri çəkilmiş, hər birinə qorunma lövhəsi vurulmuşdur.

Lerik memarlıq abidələri sırasında dini-tarixi abidələr mühüm yer tutur. Bunun başlıca səbəbi orta əsrlərdə bu bölgədə İslam dininin güclü təsir qüvvəsinə malik olmasıdır. Belə müqəddəs yerlərdən biri olan Babagil türbəsi ölkədə ən məşhur ziyarətgahdır. Abidə Lənkəran-Lerik yolunun 40-cı kilometrliyində, çayın sağ sahilindədir. Burada onlarca qədim palistik sənətkarlıq nümunələri qeydə alınmışdır.

Qədim qəbristanlıqda məqbərə ucalır. Məqbərəni daş qoç fıqurları, günbəz günəş şəkilli başdaşları dövrəyə alır. Başdaşları dörd cürdür. Bir qismində çevrə içərisində günəşin təsviri verilmişdir. İkinci növ başdaşlarında ox, əmud, xəncər təsvir olunmuşdur. Bu alətlər qəbirlərdə dəfn olunanların əməllərindən xəbər verir.

Üçüncü növ daşlarda daraq şəklinin təsviri vardır. Bu da qəbirlərdə qadınların dəfn olunduğu ehtimalını yaradır. Dördüncü cür qəbirlər dini şəxsiyyətlərindir.

Bəs türbədə dəfn olunmuş Babagil adlı şəxs kimdir? Tarixi qaynaqlardan bəlli olur ki, Babagil tayfa ağsaqqalı, çox nüfıızlu şəxs olmuş, Kəslərdən köçərək Astaranın Asnaqaran (Osnakəran) kəndində məskunlaşmışdır.

Tarixçi Tağı Musəvinin 1965-ci ildə nəşr edilmiş "Orta əsr Azərbaycan tarixinə dair fars dilində yazılmış sənədlər" kitabından öyrənirik ki, Babagilin əsl adı Nizaməddin Əmirə Şahsevər Gilanı Kəskəridir. O, I Təhmasibin dövründə yaşamışdır. Əbdül Fəttah Fumanın "Tarixi Gilan" adlı əsərində Əmirə Şahsevərin 1578-ci ildə Biyəpuş qoşunu ilə vuruşma zamanı öldürüldüyü qeyd edilir.

T.Musəvinin fıkrincə, "Babagil" sözünün mənası "Gilanlı baba" deməkdir. Sənətşünaslıq elmləri doktoru Nəsir Rzayev "Əsrlərin səsi" (1974) kitabında Babagil sözünü belə izah edir: "Babagil-babaların torpağı, babaların yaşadığı yer deməkdir"

Bizim fikrimizcə, "Babagil" sözü belə yaranmışdır: Babagil öz yeddi qardaşı - Baba Məhəmməd, Baba Həsən, Baba Davud, Baba Peyda, Pir Baba, Baba İsa, Baba Rəhman tayfası ilə birlikdə Babagil adlandırılmışdır. "Baba" sözü "gil" cəm şəkilçisi qəbul edərək bu ifadəni əmələ gətirmişdir. Buna görə yeddi qardaşa tayfasına xitabən onların başçısının adı ilə Babagil deyərmişlər.

Sənətşünas  N.Rzayev  yazır: "Bu qədim qəbristanlıqda babalar dəfn edilmiş onların günəş ayinliyi ilə yaxınlığını qəbir daşlarına həkk edilmiş günəş təsvirləri sübut edir. Qəbristanlıqda Babagil adlı müqəddəs şəxs dəfn edildiyi üçün bu qəbristanlıq müqəddəs yer hesab edilir. Əslində isə, bunun səbəbi daha qədim ənənələrin indiyə kimi qorunub-saxlanılmasıdır. O ənənə qədim babalara, onların ayininə olan hörmət pərəstişkarlıqdan ibarətdir."

Ehtimala görə, burada XII-XV əsrlərdə böyük tikinti kompleksi olmuşdur. Bunlar əsasən xatirə-türbələrindən ibarət imiş. Türbələr digər tarixi abidələrə xas olan bütün keyfiyyətləri özlərində birləşdirir. Məqbərələr ətrafında məscid, xanagah, ziyarətxana yaradılaraq kompleksə çevrildi. Təəssüf ki, bu abidələr zaman keçdikcə dağılmış, yalnız izləri qalmışdır.

Babagil haqqında müxtəlif zamanların tarixçiləri təzkirəçiləri öz əsərlərində məlumat vermişlər. Bu məlumatlar Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun arxivində 6 sənəd toplusunda saxlanılır. Sənədlər orta əsr tariximizin sənətkarlığımızın öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Türbə başqa arxeoloji abidələrimizin öyrənilməsi, bərpası sahəsində son illər xeyli görülmüşdür. 2002-ci ildə Babagil türbəsində bərpa işləri aparılmış, burada Şərq üslubunda məqbərə ucaldılmış, ziyarətgaha 2 km. məsafədən bulaq suyu çəkilmişdir. Bu yaxınlarda türbənin bir hektara yaxın sahəsi daşdan hasara alınmışdır. Ziyarətə gələnlərin dincəlməsi üçün lazımi şərait yaradılmışdır. Onlar abidə barədə əməkdaşlardan ətraflı məlumat alır, bu bölgənin tarixi keçmişi bu günü ilə ətraflı tanış olurlar.

 

Mədəniyyət.- 2007.- 24 avqust.- S. 7.