Zümrüd

 

Tunc dövrünə aid olan maddi -mədəniyyət nümunələri aşkarlanıb

 

Şamaxı şəhərindən 15 km şimalda, Nağaraxana kəndinin yaxınlığında tunc dövrünə aid olması ehtimal edilən maddi-mədəniyyət nümunələri aşkarlanmışdır.
   
Tapıntılar təsadüfi qazıntı zamanı aşkar edilmişdir. Mədəniyyət Turizm Nazirliyinin Azərbaycan Milli Elmlər Akademiyası mütəxəssisləri ərazidə küp daş qəbirlər, tunc sikkələr, keramika nümunələri aşkar etmişlər. Götürülmüş nümunələrin ilkin tədqiqinə başlanmışdır. Yaxın vaxtlarda ərazidə daha geniş arxeoloji tədqiqatlara başlanılacağı gözlənilir.
   Tapıntıların ərazisi təxminən 3-
5 ha sahəni əhatə edir. Yerli sakinlər hələ ötən əsrin 80-ci illərinin ortalarında yaxınlıqda süni göl yaradılarkən qazıntılar zamanı bir neçə küp qəbrin tapıldığını da yaxşı xatırlayırlar. Lakin təəssüflər olsun ki, sovet dönəmində Azərbaycan tarixinə, elmimizə sanballı töhfələr verə biləcək bu faktın da üstündən sükutla keçilmişdir.
   

Səs.-2007.- 28 avqust.-S.12.