Turizm haqqında
Azərbaycan Respublikasının
Qanununa dəyişiklik
və əlavələr
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara
alır:
I. "Turizm haqqında" Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
1999-cu il, N 7, maddə 394; 2004-cü il, N 4, maddə 203, N 6,
maddə 396) aşağıdakı dəyişiklik və
əlavələr edilsin:
1. 1-ci maddənin iyirminci abzasının sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və maddəyə aşağıdakı
məzmunda iyirmi birinci abzas əlavə
edilsin:
"turizm və rekreasiya
zonaları" - xüsusi
ekoloji, rekreasiya, tarixi, mədəni əhəmiyyət daşıyan
təbiət və mədəniyyət komponentlərinin
yerləşdiyi, təbiəti
mühafizə, milli və mədəni irsi qoruma, maarifçilik,
elmi və digər məqsədlər
üçün istifadə
olunan, qanunvericiliyin tələbləri nəzərə alınmaqla
turizmin təşkili və inkişafı məqsədilə ayrılan
əlverişli turizm potensialına və müvafiq turizm infrastrukturuna malik olan ərazilər.".
2. Qanuna aşağıdakı
məzmunda 4-1-ci maddə
əlavə edilsin:
"Maddə 4-1. Turizm
və rekreasiya zonaları
4-1.1. Turizm fəaliyyətinin
dövlət tənzimlənməsi
məqsədilə müvafiq
icra hakimiyyəti orqanının təklifi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən
turizm və rekreasiya zonaları yaradıla bilər.
4-1.2. Turizm və rekreasiya zonaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən idarə
olunur.
4-1.3. Turizm və rekreasiya zonaları haqqında nümunəvi əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir.".
II. Bu qanun dərc edildiyi gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 iyun 2007-ci il
Azərbaycan.-2007.- 19 avqust.-S.2.