Turizm haqqında Azərbaycan Respublikasının Qanununa dəyişiklik əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 374-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı


"Turizm haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 374-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Turizm haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barəd
ə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 4-1.3-cü maddəsində nəzərdə tutulmuş turizm rekreasiya zonaları haqqında nümunəvi əsasnamə layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. öz səlahiyyətləri daxilində "Turizm haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 4-1.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin qanunun 4-1.1-ci maddəsində ikinci halda nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin qanunun 4-1.1-ci (birinci halda) 4-1.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi həyata keçirir.
3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 avqust 2007-ci il

 

Azərbaycan.-2007.-19 avqust.-S.2.