Azərbaycan Prezidenti Dəvəçi rayonunun turizm imkanları ilə maraqlanmışdır

 

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində Dəvəçi rayonu ərazisində turizmin inkişafı ilə əlaqədar bir sıra ərazilərə baxmışdır.
Ekologiya təbii sərvətlər naziri Hüseynqulu Bağırov dövlətimizin başçısına dəniz sahilində, Dəvəçi limanında yerləşən ərazinin göstəriciləri barədə məruzə etdi.
Prezident İlham Əliyev burada turizmin inkişafı barədə tapşırıq tövsiyələrini verdi.
Sonra Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva dəniz sahilində kvadrosiklla gəzintiyə çıxdılar.
Daha sonra dövlətimizin başçısı xanımı çay süfrəsinə qonaq oldular.


Xalq qəzeti.-2007.-26 avqust.-S.1.