Şuşa Mədəni-Maarif Texnikumunun kollektivinə
Sizi, texnikumun məzunlarını,
respublikanın maarif işçilərini Şuşa
Mədəni-Maarif Texnikumunun 100 illik yubileyi münasibətilə
ürəkdən təbrik
edirəm.
1907-ci ildə gimnaziya
kimi yaradılan və 1922-ci ildə Müəllimlər Seminariyasına
çevrilən Şuşa
Mədəni-Maarif Texnikumunun Azərbaycan təhsilinin inkişafında
özünəməxsus
xidmətləri olmuşdur.
Sizin texnikumun yaranma tarixi XX əsrin əvvəllərində Azərbaycanda
maarifçilik hərəkatının
böyük vüsət
aldığı dövrə
təsadüf edir. Ölkəmizdə təhsil
sisteminin təşəkkülü
və inkişafında
öz yeri olan texnikumunuz şərəfli bir yol keçmişdir.
O, fəaliyyət göstərdiyi
illər ərzində
maarifpərvər ziyalıların
fədakar əməyi
sayəsində ölkəmiz
üçün lazımi
kadrlar yetişdirilməsi
işində mühüm
rol oynamışdır.
Texnikum uzun illər pedaqoji məktəb kimi fəaliyyət göstərmişdir.
Bu təhsil ocağının yetirmələri
gənc nəslin təlim-tərbiyəsində
böyük əmək
sərf etmişlər.
Bu gün Azərbaycanın hər bir guşəsində texnikumun məzunlarına rast gəlmək mümkündür.
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
nəticəsində Qarabağın
bütün maarif və mədəniyyət
müəssisələri kimi
sizin texnikum da talan edilmişdir.
Ölkəmizin ərazi
bütövlüyünün qorunmasında qəhrəmanlıq
nümunəsi göstərən
vətən oğulları
arasında texnikumunuzun
yetirmələri də
vardır. Onların xatirəsini bu yubiley günündə dərin ehtiramla yad edirik.
Bütün çətinliklərə baxmayaraq, Bakı şəhərində məskunlaşmış
texnikumunuz özünün
zəngin pedaqoji ənənələrini indi
də davam etdirir, tələbələrin
seçdikləri ixtisasların
sirlərinə yiyələnmələrində,
vətənə layiqli
övladlar kimi formalaşmalarında səy
və bacarığını
əsirgəmir.
İnanıram ki, siz bundan sonra
da mədəni-maarif müəssisələrimiz
üçün mütəxəssislərin
hazırlanması işinə
öz töhfənizi
verəcəksiniz.
Yubiley münasibətilə
hamınıza cansağlığı,
səadət və yeni uğurlar arzulayıram.
Əliyev İlham,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
25 dekabr 2007-ci il
Azərbaycan.- 2007.- 26
dekabr.- S. 1.