Babaların tarixi zəfər və şəhadət yolu” layihəsi üzrə beynəlxalq turizm marşrutu başa çatmışdır

 

Azərbaycan və Türkiyə respublikalarının "Babaların tarixi zəfər və şəhadət yolu" birgə layihəsi üzrə reallaşdırılan beynəlxalq turizm marşrutu başa çatmışdır.
AzərTAc xəbər verir ki, marşrut iştirakçıları noyabrın 5- Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə tər gül dəstələri düzmüşlər.
Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı önünə gül dəstələri qoymuşlar.
Sonra onlar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan qəhrəmanların xatirəsinə ucaldılmış "Əbədi məşəl" abidəsinin önünə gül qoymuşlar.
Qonaqlar həmçinin türk əsgərlərinin xatirə abidəsinin önünə tər güllər düzmüşlər.
Mədəniyyət Turizm Nazirliyinin xarici turizm sektorunun müdiri Elçin Qafarlı bildirmişdir ki, noyabrın 20-dən start götürmüş bu beynəlxalq turizm layihəsinin iştirakçıları ötən müddətdə hər iki dövlətin müxtəlif bölgələrindəki tarixi yerlərlə yaxından tanış olmuşlar.
E.Qafarlı demişdir ki, 1918-ci ildə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakını bolşevik, erməni-daşnak istilasından azad etmişdir. Qafqaz İslam Ordusunun keçdiyi marşrutu təkrar edən yürüş Bakı-Gəncə-Naxçıvan Türkiyə ərazilərini əhatə etmişdir.
Natiq vurğulamışdır ki, Türkiyə Azərbaycan nümayəndə heyətlərinin iştirakı ilə ilk dəfə baş tutan informasiya xarakterli tədqiqat səfərindən məqsəd gənclərdə əzm, iradə, mətanət hisslərini qüvvətləndirmək, tarixi, mədəni elmi bilikləri zənginləşdirməkdir.
Türkiyə ərazisində 6 gün ərzində İğdır, Qars, Ərzurum, Trabzon bölgələrində olan tarixi abidələri ziyarət etdiklərini deyən natiq söyləmişdir ki, qardaş ölkədə 1918-ci ildə ermənilər tərəfindən törədilmiş vəhşiliklərin şahidi olmuşlar. Həmçinin Qarsda Qafqaz Universitetində, Trabzonda isə Qara Dəniz Texniki Universitetində müəllim tələbələrlə görüşlərdə bir millət-iki dövlət olan Azərbaycan Türkiyə xalqlarının tarixi keçmişinə bir daha ekskurs edilmiş bədnam qonşularımızın törətdikləri ağlagəlməz dəhşətlər xatırlanmışdır.
Noyabrın 26-dan 28-dək Naxçıvan bölgəsində səfərdə olduqlarını deyən Elçin Qafarlı qeyd etmişdir ki, burada da türk şəhid məzarlıqları, tarixi abidələr ziyarət edilmiş Naxçıvan Dövlət Universitetində görüş keçirilmişdir.
Layihə iştirakçılarının Azərbaycanın bir çox bölgələrinə səfərlər etdiyini deyən nazirliyin sektor müdiri bildirmişdir ki, Bakı, Şamaxı, Ağsu, Göyçay, Gəncə, Şəki, Zaqatala Qubada da tarixi yerlər ziyarət olunmuşdur.
Qafqaz İslam Ordusunun Bakını bolşevik, erməni-daşnak istilasından azad etməsinin 90 illiyi ərəfəsində baş tutan bu layihə 2008-ci ildə daha geniş formada qeyd ediləcəkdir.
Bildirilmişdir ki, növbəti illərdə "Babaların tarixi zəfər şəhadət yolu" layihəsi üzrə beynəlxalq turizm marşrutu çərçivəsində daha uzunmüddətli səfərlərin keçirilməsi planlaşdırılır.

 

Azərbaycan.- 2007.- 6 dekabr.- S. 3.