Rusiya Azərbaycanın
turizm sektoruna maraq göstərir
Rusiya investorları Azərbaycanda turizm-kurort zonalarının yaradılması layihələrinə maraq göstərirlər. Bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib: "Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın iqtisadiyyatın bir çox sahələrində genişləndirilməsi nəzərdə tutulur. Bu sahələrə həmçinin turizm də daxildir və gələcəkdə Azərbaycan ərazisində Rusiya kapitalı ilə kurort zonaların yaradılacağı istisna olunmur".
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən,
bu ilin yanvar-sentyabr
ayları ərzində
Rusiyadan Azərbaycana
697,9 mln. ABŞ dolları,
Azərbaycandan Rusiyaya
isə 349,9 mln. dollar həcmində məhsul idxal olunub. Bu il
Rusiya Azərbaycan iqtisadiyyatına 8 mln. dollar həcmində sərmayə yatırıb.
Paritet.- 2007.- 8-10 dekabr.- S. 8.