Əlil
rəssamların əsərləri
nümayiş etdirildi
Gənclər və İdman Nazirliyi "Lotos" Əlilliyin Dərki və Təlim Mərkəzi ilə birgə T.İsmayılov adına
Uşaq Sərgi Qalereyasında gənc əlil rəssam və fotoqrafların sərgisini təşkil edib. Nazirliyin mətbuat xidmətindən
aldığımız məlumata
əsasən, tədbirin
keçirilməsində əsas
məqsəd əlillərin
yaradıcılıq potensialının
üzə çıxması,
onların asudə vaxtının səmərəli
təşkil olunması,
həmçinin, əlillərin
müdafiə gününün
qeyd olunmasından
ibarətdir. Məlumat
üçün bildirək
ki, keçirilən sərgidə 40-a kimi gənc əlilin 100-dən artıq əsəri təqdim olunub. Əsərlər əsasən, rəsm, foto, tətbiqi sənət, dekorativ sənət növlərini
əhatə edib.
Üç nöqtə.- 2007.- 4 dekabr.- S. 13.