Ötən ilin modelləri bu ilin qalibi oldular

 

Nahid Kabakçının təqdimatı ilə qaliblərin adı açıqlanıb

 

Dünən "Natəvan" Biznes Mərkəzində Nahid Kabakçının təşkilatçılığı ilə mətbuat konfransı keçirildi. Bir müddət öncə elə həmin məkanda media nümayəndələri ilə görüşən türkiyəli adamı bildirmişdi ki, 2006-cı ildə məlum səbəblərdən "Best Model of Azərbaycan"ın qalibi olan Rüstəm Cabbarov Lalə Eyvazova "Best Model of ze Vorld"d qatıla bilmədiklərindən Erkan Özdimanın ona göndərdiyi məktuba görə həmin modelləri bu il yenidən dünya yarışmasına dəvət ediblər.

Uzun sözün qısası, mətbuat konfransında Rüstəm Cabbarov Lalə Eyvazova vəd etdilər ki, oradan əliboş qayıtmayacaqlar: Həqiqətən modellər vədlərinə əməl etdilər dünya yarışmasında Azərbaycanı layıqincə təmsil etdilər. Rüstəm Cabbarov "Best Model of ze Vorld" yarışmasının qalibi oldu. Xatırladaq ki, modelimizin bütün parametrləri dünya standartlarına cavab verdiyindən münsiflər heyəti yetkinliklə ona səs veriblər. Ötən gün "Natəvan" Biznes Mərkəzində Nahid Kabakçının təqdimatı ilə qaliblərin adı açıqlanıb. Məlum oldu ki, Rüstəm Cabbarov dünyanın bir nömrəli modeli kimi dünya ölkələri içərisində ən yaxşısı seçilib. Ancaq uğurumuz bununla bitmir. Məlumat üçün xatırladaq ki, Lalə Eyvazova da "Best Model of ze Vorld"dan əliboş qayıtmayıb. Model "Ən gözəl yerişə görə" nominasiyasına layiq görülüb. Xatırladaq ki, mətbaat konfransında çıxış edən Nahid Kabakçı bildirdi ki, o, modellərin dünya yarışmasına qatılması üçün sadəcə, vasitəçilik rolunu oynayıb. Mətbuat konfransında Rüstəm Cabbarov da çıxış etdi. Həyəcanlı olsa da, təəssüratlarını bölüşdü. Hələ yarışmanın qalibi olduğuna inanmadığını deyən model onu da vurğuladı ki, yarışmadan sonra ona bir çox dünya şöhrətli şirkətlər müraciət edərək müqavilə bağlamaq istədiklərini bildiriblər. Bir çox kataloqlarda onun rəsminin çıxmasına icazə almaq istəyiblər. Hələ ki Rüstəm Cabbarov təklifləri dəyərləndirir. Bu səbəbdən konkret cavab verməyib. Məlumdur ki, Azərbaycanda model biznesi ilə məşğul olan prodüserlər hələ ki yetişməyib. Elə bu səbəbdən Rüstəmin xarici ölkələrdə prodüserlik missiyası hələ ki Erkan Özarman öz üzərinə götürüb.

 

Şərq.- 2007.- 12 dekabr.- S. 14.