Tanınmış rəssam-modelyer Fəxriyyə Xələfovanın yaradıcığının 10 illiyi qeyd edilmişdir

 

AzərTAc xəbər verir ki, dekabrın 19-da Azərbaycanın tanınmış rəssam-modelyeri, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın yaradıcılığının 10 illiyi ilə bağlı mətbuat konfransı keçirilmişdir.

Məlumat verilmişdir ki, F.Xələfova Türkiyədə Xüsusi Ali Bədii Dizayn Məktəbini bitirdikdən sonra 1997-ci ildən etibarən moda sahəsində fəaliyyət göstərir. 2005-ci ildən Mədəniyyot və İncəsənət Universitetinin rəssam-modelyer kafedrasının müəllimidir. Hazırda "Moda dizayn" tnərkəzinin rəhbəridir. Bir sıra kolleksiyaların müəllifidir. Yaradıcılıqda əldə etdiyi nailiyyətlərə görə müxtəlif mükafatlara layiq görülmüşdür.

Yaradıcığından danışan F.Xələfova demişdir ki, mənim üçün hər bir obraz bütöv bir dünyadır, elə bir dünya ki, burada üslub, model, parça, rəng əhvali-ruhiyyə bir vəhdət təşkil edir. Həm sirli naməlum qadın, həm şahanə ilahə obrazını yaradarkən müasir dəbin ən əsas xüsusiyyətləri olan qadın incəliyi, sadəliyi təbiiliyini canlandırmağa çalışıram.

Qeyd edilmişdir ki, F.Xələfova tədris illəri və uzunmüddətli müstəqil axtarışlar zamanı kiçik detallar da daxil olınaqla, geyimlərin yüksək səviyyədə hazırlanması məsələsinə hörmətlə yanaşmağı öyrənmişdir. O, yüksək moda kolleksiyaları hazır geyim nümunələri hazırlayarkən daim bu prinsipə əməl edir. Qədim Azərbaycan F.Xələfovanın idealıdır. Yaradıcılıq zamanı onun folklor Şərq motivlərinə olan marağı açıq-aşkar görünür. Modelyer dəbdə olan aparıcı istiqamətləri asanlıqla sezir, incəsənət, bədii üslublar geyim dəstləri tarixini yaxşı bilir. Qərb Şərq idealları orijinal şəkildə dizaynerin modellərində vəhdət təşkil edir.

Rusiyanın məşhur ınodelyeri V.M.Zaytsev videobağlantı ilə konfransa qatılmışdır. Sonda F.Xələfova jurnalistlərin suallana cavab vermişdir.

 

Azərbaycan.- 2007.- 20 dekabr.- S. 12.