Balaca kinematoqrafçılarımız

Beynəlxalq Uşaq Filmləri Festivalının qalibi oldu

 

Rüstəm İbrahimboyovun Beynəlxalq Uşaq Kino Məktəbinin tələbələri Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən Beynəlxalq Uşaq Filmləri Festivalında qalib gəliblər.

Bu barədə APA-ya Dövlət Film Fondunun direktoru Cəmil Quliyev məlumat verib. Onun sözlərinə görə, festival 29 noyabr-4 dekabr tarixlərində keçirilib. Azərbaycan, Rusiya, Gürcüstan, Ermənistan, Polşa, Ukrayna, Belarus və Moldovanın qatıldığı festivalda ən yaxşı uşaq filmi nominasiyasında Alp Əliyevin "Balaca dostlar" filmi, ən yaxşı kişi rolu nominasiyasında Cəmil Quliyev mükafatlandırılıb, Fərhad Rəhimlinin "Yoxlama" filmi isə festivalın "Qran-Pri"sini qazanıb.

Beynəlxalq Uşaq Kino Məktəbinə isə uşaq kinosu sahəsində qazandığı nailiyyətlərə görə xüsusi diplom verilib.

 

Ekspress.- 2007.- 7 dekabr.- S. 13.