Əliyeva R.

 

Kino tariximizi bilirikmi?

 

Təbii ki, teleekranın əsas bəzəyi filmlərdir. Bəs biz kinomuzun tarixini bilirikmi? Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibi Heybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" s.) bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.

1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. Həmin ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin puluna M.Musabəyovin "Neft milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək üçün Peterburqdan rejissor B.N.Sertlov dəvət olunmuşdu. Təbiət mənzərələri Bakıda ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu H.Ərəblinski oynamışdır. 1916-cı ildə Bakıda Ü.Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə "Təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.

1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarın foto, kinoteatr prokat kontorlarının milliləşdirilməsi birləşdirilməsi tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində Bakıda "Təyyarə", "Ladya", "Mədənçi" s. kinoteatrlar da var idi.

1924-cü ildə AFKİ ikiseriyalı "Qız qalası" əfsanəsi adlı bədii filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməmişdilər.

Azərbaycanda milli rejissor aktyor kadrları hazırlamaq üçün 1925-ci ildə Ş.Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. C.Cabbarlı, Ə.Tahirov başqaları burada oxumuşdur. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya V.İ.Lemke, V.M.Şneydn başqa kinooperatorlar dəvət olunmuş, C.Cabbarlı, A.M.Şərifzadə başqaları kino yaradıcılığı işinə cəlb edilmişdilər.

AFKİ sonralar "Azdövlətkino" (1926-1930), "Azərkino" (1930-1933), "Azfilm" (1933), "Azərfilm" (1935-1940), "Bakı kinostudiyası" (1941-1959) kimi adlar daşımışdır, 1961-ci ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası adlanır.

Xürafat cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı ötən əsrin 20-ci illərində Azərbaycan kinosunun əsas mövzusu idi. "Bismillah" (1925), "Vulkan üzərində ev" (1929), "Hacı Qara" (1929) kimi kino əsərlər, eləcə öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadın obrazını bədii real şəkildə ifadə edən "Sevil" (1929) həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir.

XX əsrin 20-ci illərində Bakıda yerli operatorlar xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar sənədli filmlər çəkilirdi. Sonrakı illərdə müəyyən hadisələrlə bağlı kinoreportajlar hazırlandı; "Sovet Azərbaycanının 3-cü ildönümü" (1923), "Suraxanı neft mədənlərində yanğın" (1923), "Nərimanovun dəfni" (1925) s. sənədli filmlərlə yanaşı, elmi-kütləvi filmlərin istehsalına başlanıldı. 1925-ci ildə rejissor A.M.Şərifzadə respublikanın mədəni iqtisadi həyatından bəhs edən "Azərbaycana səyahət" filminin çəkilişini başa çatdırdı.

20-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat mədəni həyatındakı nailiyyətləri ilə tanış edən "Azərbaycan ekranı" kinojurnalı buraxılmağa başladı.

30-cu illərin əvvəllərində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə tarixi-inqilabi mövzulu filmlər çəkilirdi. Bunlardan "Lətif", "İsmət", "Almaz" s. göstərmək olar.

 

Ekran-Efir.- 2007.- 14 dekabr.- S. 13.