Komediya faciədən daha təsirlidir
Kino tarixinə
"Bəxt üzüyü"
filmi ilə rejissor imzasını atan Ramiz Əzizbəyli
bu janrda olan filmlərinin sayını artırmaq arzusundadır. Rejissorun fikrincə, tamaşaçını
düşündürən mövzulardan biri də komediya janrıdır. Onun fikrincə, insanlar ürəkdən güldüyü
qədər də düşünürlər.
Əlində çəkmək üçün
hazır ssenarinin olduğunu diqqətə çatdıran R.Əzizbəyli
əlavə etdi ki, vacib olan
onun ekran həllidir. Bunun üçün dövlətin
dəstəyinə ehtiyacı
olduğunu deyən rejissor hələ gözləmə mövqeyindən
çıxış etdiyini
söylədi: "Sizə
də məlumdur ki, kinonun durumu
yaxşılaşdırılır. Amma həmkarlarım hələ də köhnə avadanlıqla çalışmaq məcburiyyətindədirlər.
Hər şeyi pul həll etmir.
Ölkəyə yaxşı
avadanlıqlar gətirilməlidir.
Ölkə başçısının
bu istiqamətdə düşünməsi bizə
işləmək stimulu
verib. Amma məsələni birdəfəlik
həll etmək mümkün deyil. Kinonu uçurumdan çıxarmaq üçün
müəyyən zaman
lazımdır. Bütün
bu əziyyətlərə
qatlaşmaq lazımdır.
Güman etmək olar ki, onilliyin
sonuna kimi Azərbaycan kinosunun Avropa ilə ayaqlaşmaq imkanı olacaq. Ekranlaşdırılmasını
nəzərdə tutduğum
ssenariyə gəlincə,
bunun üçün
dövlətin dəstəyinə
ehtiyac duyuram. Çünki mən özəl filmlər çəkmirəm. Əgər
film üçün müəyyən məbləğdə
vəsait ayrılsa, onu tezliklə ekranlaşdırmağı düşünürəm.
Ümid edirəm ki, bu da
"Bəxt üzüyü"
qədər geniş auditoriyanın sevimli filminə çevriləcək".
Fikrini kino
yaradıcılığı üzərində davam etdirən R.Əzizbəyli
dedi ki, bu gün dramatik
əsərlərin ekran
həllinə daha çox vəsait ayırılır: "Görünür,
bu, ölkənin yaşadığı müharibə
şəraitindən irəli
gəlir. Əslində
isə komediya faciədən daha təsirlidir. Fikrimcə, komediyada olan dərd faciədə yoxdur".
Kinorejissor son
illəri əhatə
edən kino arxivində komik filmlərin məhdud sayda olmasının başqa səbəblərindən
də söz saldı. Onun fikrincə, kino aləmindəki rejissor bolluğu filmlərin sayının artması ilə ölçülməməlidir:
"Müasir filmlərə,
söhbət özəl
filmlərdən gedir,
daha çox qeyri-peşəkarlar çəkilir. Eyni zamanda müasir kinonun simaları rəqqasələr, müğənnilər,
şoumenlər və
başqalarıdırlar. Həmin
filmlər bir dəfə istifadə olunan plastik qabları xatırladır.
Yəni bir ildən artıq ömrü yoxdur. Əgər bunlar peşəkar səviyyədə
ölçülsəydi, onlar
ildə bir film yox, 10 ildə
birini çəkərdilər.
Filmlərin süjet xəttini də əsasən küçə
söhbətləri təşkil
edir. Bu, gənclərin psixologiyasına
mənfi təsir göstərir. Onların gəncliyi həmin ifadələrin üzərində
formalaşır. Mən
"Bəxt üzüyü"
filmini çəkəndən
sonra 15 il film çəkmədim, amma rejissor var
ki, ildə bir film çəkir.
Amma adını çəkdiyim film qədər yaddaşlarda qalmır. Bir neçə il öncə Azərbaycanın
"Oskar" uğrunda
mübarizəsi müzakirə
mənbəyi oldu. Əgər elə bir qəhrəman var idisə, ortaya çıxıb müsabiqəyə çıxarılası
film çəkmək
üçün məharətini
nümayiş etdirərdi.
Düzdür, filmlər
çəkildi. Amma səviyyə etibarı ilə əvvəlkilərdən
fərqlənmirdi. Kinonun
bu gün çatışmayan tərəflərindən
biri də elə ssenarilərin olmamasıdır. Son illər qəribə tendensiya yaranıb. Bir insan həm
ssenari yazır, həm film çəkir,
həm də filmdə çəkilir. Bunlardan heç biri qəbul olunmur, çünki peşəkarlıq yoxdur.
Ona görə də bəzi özəl filmlərin kino tarixində yeri yoxdur".
Kaspi.- 2007.- 1-3 dekabr.- S. 17.