İbrahimova S.
Təhminənin gündəliyi 30 il sonra
Günel Anarqızının təqdimatında
"Zaur 30 ildən sonra Təhminəni görür.
Əynindəki ağ
iridüyməli libası
Təhminənin 30 il əvvəlki geyimi idi. Təhminənin qara saçları, siması təravətini itirməmişdi. Dəyişən
yalnız zaman idi. Zaur Təhminənin
adını çəkmək
istəyərkən, o
üzünü çevirib
gedir. Bir azdan o, Təhminəni
yenidən görür,
bu dəfə onlar metroda qarşılaşırlar.
Bu dəfə Təhminə qırmızı
donunda idi. Qəfil yoxa çıxan Təhminə
yol boyu müxtəlif yerlərdə
Zaurun diqqətini çəkir. Bir azdan liftə minən Zaur bu dəfə Təhminə ilə orada qarşılaşır.
Özündən biixtiyar
liftin 6-cı düyməsinə toxunmaq
istəyir. Bu zaman ona ayan
olur ki, həmin binanın 6-cı mərtəbəsi yoxdur. Yenidən birinci mərtəbəyə
qayıdan Zaur üz tutur Təhminənin
dəfn olunduğu qəbiristanlığa. Qəbirin
ətrafının kol-kos
basdığını görən
Zaur başa düşür ki, Mədinə və Muxtarın ölümündən
sonra Təhminəyə
baş çəkən
olmayıb".
34 ildən sonra Anarın "Beşmərtəbəli
evin altıncı mərtəbəsi" əsərinin
motivləri əsasında
yeni "Altıncı"
adlı MP3 formatlı
SD işıq üzü
görüb. Audio-kitabın müəllifi Günel Anarqızı, bəstəkarı Emil İbrahim, üz qabığının müəllifi,
rəssam Yusif Mirzə, səs reyissoru Rafiq Hacıyevdir.
Müəllifin etirafına inansaq,
Təhminənin gündəliklərini
təşkil edən əsərin ideya müəllifi atası, Xalq yazıçısı
Anar olub. İlk bədii əsərin iki ekran həlli, teatr versiyasından sonra o, əsərə
qayıdışının səbəblərini "Yazz
Centre"də keçirilən audio-kitabın təqdimat mərasimində
açıqladı. Nərgiz
Cəlilovanın təqdimatı
ilə səhnəyə
çıxan G.Anarqızı
öncə bunları
dedi: "Əsəri
xaricdə səfərdəikən
yazmışam. Əvvəlcə
atamın ideyasına tərəddüd edirdim. Lakin onun fikirləri
məni bədii yaradıcılığa həvəsləndirdi.
Düşündüm ki,
hadisələr 3-cü şəxsin
vasitəsi ilə açılmalıdır. Lakin
Təhminənin dili ilə danışmaq mənə asan başa gəlmədi. Nəhayət, əsər
tamamlandı. Onu səsləndirmək aktrisa
Mehriban Zəkiyə həvalə olundu".
M.Zəkinin əlavəsinə
görə, Təhminənin
gündəliklərini nəql
etmək üçün
o, Təhminə olmalı idi: "Amalya Pənahova, Sənubər İsgəndərli
və Meral Konratdan sonra yaş etibarı ilə özümü Təhminə olaraq görə bilmirdim. Saat yarımlıq zaman çərçivəsində
mən Təhminənin
yaşantıları və
çırpıntılarını ifadəmlə göstərməli
idim. Güman edirəm ki, bunun öhdəsindən gələ bilmişəm".
Amaliya Pənahova, Fuad Poladov, Sənubər
İsgəndərli, Elxan
Cəfərov, Zülfiyyə
Xanbabayeva, Fəxrəddin
Manafov, Ramiz Fətəliyev səhnədə
onlar üçün
ayrılmış masaya
əyləşərək ekranda yaratdıqları
"Təhminə və
Zaur"dan danışdılar. Xatırladaq
ki, Z.Xanbabayevanın sonuncu klipi Anarın
əsərinin motivləri
əsasında çəkilib
və orada Fəxrəddin Manafovla Meral Konrat Ramiz
Fətəliyev və
Fuad Əlişovun reyissor yozumunda obrazı yenidən canlandırıblar.
Atasının təcili Türkiyəyə
yola düşdüyünü
diqqətə çatdıran
G.Anarqızı gecənin
xeyir-duasını Vaqif Səmədoğlundan
aldı. Hamının
içində öz Təhminəsi və ya Zaurunun olduğunu
deyən qələm adamı öz Təhminələrinin qarşısında
baş əydiyini
söylədi. Günelin
yaradıcılığını yüksək qiymətləndirən
V.Səmədoğlu: "İnanıram
ki, o, bizi
bundan sonra da maraqlı əsərləri ilə təəccübləndirəcək" dedi.
Tədbirin sonuna yaxın təşkil edilən viktorina əsərlə bağlı
bəzi məqamları
oxucularına xatırlatmaqla
yanaşı, onlara müxtəlif hədiyyələr
və "Təhminə"
adlı eksklüziv ətiri qazandırdı.
Xatırladaq ki, "Altıncı" diski bu həftədən etibarən satışa çıxarılacaq
Kaspi.- 2007.- 25 dekabr.- S. 17.