Nəzakət
Azərbaycan-Gürcüstan
dostluğuna həsr olunmuş film nümayiş edilib
Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat xidmətindən
aldığımız məlumata əsasən, bu
günlərdə Tovuz rayon icra hakimiyyətində
Gürcüstanın "Zolotoye runo" Kino
Yaradıcılıq Birliyi ilə Azərbaycan
Televiziyasının məhsulu olan Azərbaycan və
Gürcüstan xalqlarının sarsılmaz, möhkəm
dostluğuna həsr olunmuş "Dostluq yolu" adlı
filmə baxış keçirilib.
Layihə müəllifləri
Şahismayıl Şəmmədoğlu,
Bəhruz Rüstəmov,
rejissorları Tanqiz Txilava, Levon Vitava və Aynurə Məmmədovadır.
Film rayon ictimaiyyəti tərəfindən
böyük rəğbətlə
qarşılanıb. Azərbaycan-Gürcüstan
xalqlarının qədim
zamanlardan bu günə qədər davam edən dostluğuna həsr olunmuş filmdə Tovuz və Dmanisi
şəhərlərinin qardaşlaşmasına
aid materiallar, hər iki şahərdə
gedən abadlıq və quruculuq işləri, Heydər Əliyev Fondunun təşəbbüsü ilə
Dmanisi rayonunda görülən işlər
öz əksini tapmışdır. Baxışdan sonra
filmin yaradıcı heyətinə yaradıcılıq
uğurları arzulanmışdır.
Səs.- 2007.- 8 dekabr.- S. 12.