"Pəri Qala" "Qoöustana qayıdış" festivalda

 

Ötən gündən başlayaraq Tbilisidə VIII Beynəlxalq Kinofestival keçirilir. Festivalda Azərbaycanı "Nərimanfilm" kino şirkətinin istehsalı olan "Pəri Qala" "Qobustana qayıdış" filmləri təmsil edir. Qeyd edək ki, "Pəri Qala"nın ssenari müəllifi İradə Səyya, rejissoru Mikayıl Mikayılovdur. "Qobustana qayıdış"ın ssenari müəllifi rejissoru isə İlqar Səfatdır. Festival çərçivəsində tammetrajlı filmlərin müsabiqəsi, yeni Avropa filmləri dünya kinosunun forumu keçiriləcək. Beynəlxalq festivala dekabrın 9-da yekun vurulacaq.

 

Mövqe.- 2007.- 6-7 dekabr.- S. 13.