Rüzgar M.

 

Kinoya həsr edilmiş ömür

 

Milli kino sənətimizin inkişafında kinooperator Şərif Şərifovun xüsusi xidmətləri olmuşdur. Onun lentə köçürdüyü onlarca bədii sənədli film bu gün kino sənətimizin qiymətli səhifələrini təşkil edir.
Şərif Şərifov ömrünün 42 ilini Azərbaycan kinosunun inkişafına həsr etmişdir. O, Əlisəttar Atakişiyev, Rasim Ocaqov, Hüseyn Seyidzadə, Şamil Mahmudbəyov, Rasim İsmayılov, Teymur Bəkirzadə başqa görkəmli rejissorlarla birlikdə çalışmış, yaradıcılığı Azərbaycan kinosunda canlı salnaməyə çevrilmişdir.
Şərif Şərifov 1938-ci il oktyabrın 12- Bakı şəhərində anadan olmuşdur.
Onun hələ uşaqlıq illərindən foto sənətinə böyük marağı var idi. Bu maraq onuAzərbaycanfilmkinostudiyasına gətirdi. Burada kinooperator sənətinin incəliklərinə yiyələndi. Bir müddətAzərbaycanfilmkinostudiyasında operator assistenti işlədikdən sonra sənədlərini Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna verdi. Orada oxuduğu müddət ərzində tanış olduğu məşhur kinooperatorlar onun kamil bir sənətçi kimi püxtələşməsinə, gələcək həyat yolunu müəyyənləşdirməsinə güclü təsir etmişlər. İnstitutu bitirdikdən sonra vətənə dönübAzərbaycanfilmkinostudiyasında operator, 1973-cü ildən isə quruluşçu operator kimi fəaliyyətə başladı. Onun ilk işi rejissor Muxtar Dadaşovla birgə çəkdikləriBizim Azərbaycansənədli filmi olmuşdur. SonralarKoroğlu” (rej. Hüseyn Seyidzadə), “Leyli Məcnun” (rej. Lətif Səfərov), “Böyük dayaq” (rej. Həbib İsmayılov), “Yenilməz batalyon” (rej. Hüseyn Seyidzadə) filmlərinin çəkilişlərində ikinci operator kimi işləmişdir.
Şərif Şərifov işlədiyi müddət ərzində müxtəlif janrlarda 50- yaxın sənədli film çəkmişdi ki, onlardanSolmaz bir bahar kimi” (C. Cabbarlı) filmi respublika Lenin komsomolu mükafatına, “Ana Kürfilmi akademik Həsən Əliyev adına mükafata, “Əsrin müqaviləsifilmiHumaymükafatına layiq görülmüşdür.
Şərif Şərifov həm 10 ildən artıq müddət ərzində Azərbaycan Dövlət Mədəniyyət v
ə İncəsənət Universitetində kinooperatorluq sənətindən dərs demişdi. Burada o, kinofilmlərin istehsalında özünün çoxillik bilik təcrübəsini, sənətin incəliklərini tələbə-kinooperatorlara həvəslə öyrətmiş, 30-a yaxın peşəkar kinoopearatorun hazırlanmasında böyük xidmətlər göstərmişdir. Hazırda tələbələri müxtəlif studiya telekanallarda səmərəli fəaliyyət göstərirlər. 2000-ci ilin payızında onun tələbələrindən C. Atakişiyev S. Sadıqov Fransanın Strasburq şəhərində keçirilən beynəlxalq foto sərgisində iştirak edib, qalib diplomları ilə vətənə dönmüşlər.
O, öz sənəti ilə həmişə fəxr edirdi. Dərs dediyi müddətdə kinooperatorluq sənətinə aid bir neçə kitabın, metodik vəsaitin, məqalənin, proqramın müəllifi olan Şərif müəllim həmişə tədrisin elmi əsaslar üzərində qurulmasına ciddi fikir verirdi. Onun müəllifi olduğuKinoçəkilişi texnikası” (2001), “Televiziya onun texnologiyası” (2002), “Kinofilm televiziya proqramlarının istehsalında kompyüter texnologiyasının tətbiqi” (2003) adlı dərs vəsaitləri tələbələrin kino mütəxəssislərinin böyük marağına səbəb olmuşdur.
Şərif
Şərifov həm gözəl ailə başçısı idi. O, ömür-gün yoldaşı Məhinbanu xanım, qızı Nəcibə nəvəsi Rəsul ilə birlikdə özünü xoşbəxt hesab edirdi.
Lakin vaxtsız əcəl onun arzularını yarımçıq qoydu. Şərif İsmayıl oğlu Şərifov 2007-ci il sentyabrın 26-da gözlərini əbədi olaraq yumdu.

Xalq qəzeti.- 2007.- 16 dekabr.- S. 6.