Sarıyeva İ.
“Sovet dövründə
filmlərimizə bütün SSRİ-də
baxılırdı”
Hüseyn Mehdiyev yüksək zövqlərə
uyğun filmlərin yaranacağına şübhə
etmir
Azərbaycan kinematoqrafının
vəziyyətinin acınacaqlı olması bütün
cəmiyyətə bəllidir. Vaxtilə «Azərbaycanfilm» Kinostudiyası
il ərzində 6-7, bəzən filmin istehsalı ilə
məşğul olurdusa, indi bu rəqəm yarıbayarı
aşağı düşüb. Bu gün daha çox
kommersiya filmləri ıneydanı ələ alıb. Bu filmlərin
səviyyəsi isə nə peşəkarları, nə
də cəmiyyətin ziyalı təbəqəsini qane edir. Hətta
çox tamam peşəkar aktyorların əksəriyyəti
kommersiya filmlərinə çəkilməkdən boyun
qaçırır, bəzilərisə, normal qonorar
verilmədiyindən belə təmayüllü filmlərə
çəkilmək istəmir.
Əldə etdiyimiz
məlumata görə, il ərzində bir neçə kommersiya
filmi çəkilir ki, həmin filmlərdən əldə
edilən gəlir Azərbaycan reallığı ilə o
qədər də uzlaşmır. Deyilənə görə,
hətta kommersiya filmləri istehsalçıları vergidən
də yayınır. Hər halda bu, bizim yox, vergi
orqanlarının işidir. Digər məlumatda isə
kommersiya filmlərinin, ümumiyyətlə, heç bir
təşkilatda qeydiyyatdan keçmədiyi bildirilir.
Qeyd edək ki,
Mədəniyyət və Turizm Nazirliyində filmlərin
Dövlət Reyestri sektoru yaranmazdan əvvəl
ölkədə çəkilən filmlər Peşəkar
Kinorejissorlar Gildiyasında qeydiyyatdan keçirdi.
Peşəkar Kinorejissorlar
Gildiyasının rəhbəri, tanınmış kinorejissor
Hüseyn Mehdiyev bizimlə söhbətində kommersiya
filmlərinin hüquqi baxımdan gildiyada qeydiyyata
düşməli olmadığını bildirdi.
H.Mehdiyev dedi ki, «Kinematoqrafiya haqqında» AR Qanununa
görə, Azərbaycanda istehsal olunmuş filmlərin
qeydiyyatı, dövlət
reyestrinə salınması və onlara icazə
vəsiqəsinin verilməsi Mədəniyyət və Turizm
Nazirliyinə tapşırılıb və Nazirlər Kabinetinin
qərarı ilə bütün filmlərin qeydiyyatı
nazirliyə həvalə edilib.
Kommersiya filmlərinin
nə zamansa Gildiyada qeydiyyatdan keçib keçməməsinə
gəldikdə isə H.Mehdiyev «Qanun qəbul olunarkən bura bu
bəndin salınmasında məqsəd müxtəlif
sahibkarların, film istehsalçılarının
müəllif hüquqlarının qorunması idi. Bu gün də
həmin qaydalar qəbul olunur və ona baxmayaraq,
yenə də həm sahibkarların, həm də müəlliflərin hüquqları
kobud şəkildə
pozulur. O ki, qaldı kommersiya filmlərinin keyfiyyətinə,
mənə elə gəlir ki, bu cür filmlər keyfiyyət
baxımından heç bir senzuradan, heç bir bədii
şuradan keçməməlidir. Onun yalnız «plankası»
olmalıdır - tamaşaçılar tərəfindən
qəbul olması, baxılması və o filmin
istehsalçısının həmin filmə qoyduğu
maliyyə vəsaitini götürmə bacarığı. Yəni
burada kommersiya filmlərindən söhbət gedir. Bu gün
kommersiya filmləri barədə istər bədii,
istərsə də texniki baxımdan, professionallıq
nöqteyi-nəzərindən danışmaq qətiyyən
düzgün olmazdı. Bizim kinematoqrafda kommersiya istiqaməti
heç vaxt olmayıb və bu ənənə bizdə yoxdur.
Hərçənd ki, Sovet dövründə bizim
filmlərimizə bütün SSRİ-də
baxılırdı. Bu, filmlərə qoyulan pulu on-on beş
qatına çıxarırdı və bu filmlər gəlir
gətirirdi, o gəlir çərçivəsində də
kinematoqrafiya inkişaf edirdi. O vaxt kino yeganə
sahələrdən biri idi ki, özü özünü
maliyyələşdirir və inkişaf etdirirdi. Hətta
kinodan gələn gəlir o qədər böyük idi ki,
bu, başqa sahələrin də inkişafına
yönəldilirdi. Həmin bazar iqtisadiyyatının
qanunlarına uyğun
olaraq, kinematoqrafın kommersiya istiqaməti bir qədər
sərbəst inkişaf
etməlidir. Və mən əminəm ki, bu qanunda
həmin kommersiya bacarığı olan kino
prodüsserləri, kino rejissorları, kino sahəsində çalışanlar
ortalığa çıxsa, hər şey qaydasına
düşəcək. Sizin münasibətiniz mənə aydındır. Mənim də
bir peşəkar,
sənətkar, vətəndaş, bir ekspert kimi bəzilərin çəkdiyi
kommersiya filmlərinə
münasibətim o qədər də
müsbət deyil.
Amma onlar da hadisələri, görünür, belə görürlər və
onların da tamaşaçıları var.
Sizə
deyim ki, bu tamaşaçıların sayı
az deyil
və bununla barışmaq lazımdır. Bəlkə də
bir qədər imkanlar genişlənər, iqtisadiyyatda bir az azadlıq olar, yəni kinematoqrafa vəsait qoyuluşu artar və o zaman da inkişaf geniş
olar.
Həmin inkişafda da,
hesab edirəm ki, təkcə
bu gün
gördüyümüz məhsullar yox, daha yüksək keyfiyyətdə,
daha yüksək zövqlərə uyğun filmlər ortalığa çıxar. Mən ona şübhə də etmirəm. Amma bu gün nə var odur,
mənə
elə
gəlir ki, onları qınamaq
və yaxud da onlara mənfi yanaşmaq bir az düzgün
olmazdı»
-deyə
bildirdi.
Bakı xəbər.- 2007.- 13 dekabr.- S. 16.