Səbinə

 

“Elə film çəkmək istəyirəm ki, təkcə bizdə baxmasınlar”

 

Kino mövzusunda budəfəki müsahibimiz Mədəniyyət və Turizm Nazirliyinin "Bu meydan, bu ekran" müsabiqəsinin qaliblərindən biri, rejissor Mübariz Nağıyevdir. Qeyd edək ki, M.Nağıyev "Mehriban" prodüsser mərkəzində "Dünən qəfildən gəldi..." filmini lentə alır. Filmin ssenari müəllifi Nara Nağıyeva (Mübariz Nağıyevlə birgə), ikinci rejissor Ömür Nağıyev, bəstəkar Rauf Əliyev, operator Rəşad Nuriyev, rəssam Müşfiq Əliyevdir. Filmin quruluşçu rejissoru ilə söhbətimizə kinomuzun tarixindən başladıq:

- Azərbaycan kinosu demək olar ki, dünya kinosu ilə eyni vaxtda yaranıb. Bu da Bakının neft şəhəri olması ilə əlaqədardır. Bəxtimiz gətirib ki, Avropanın neft sərmayəçiləri Bakıya gəlib. Lümer qardaşlarının Fransada kinonun əsasını qoymasından heç üç il keçməmiş, artıq Mişon kinokameranı Bakı küçələrində gəzdirirdi. Açığını demək lazımdır ki, kinomuzun yaxşı tərəfləri olub, pis tərəfləri . Çox sahələrdə olduğu kimi, kinomuz da sovet imperiyası vaxtı inkişaf etdi. Günü bu günə kimi sovet kinosunun bizlərə təsiri çoxdur. Mənim üçün Avropa kinosu daha vacibdir. Azərbaycan kinosu da əvvəldən Avropa kinosuna yaxın olub. Çünki sovet kinosu Avropa kinosuna daha yaxındır. Ümumiyyətlə, rus psixologiyasını başqa xalqlar çətin başa düşür. Bizim 150 ildən çox bir dövlət tərkibində olmağımız onların xarakterini başa düşməyimizə kömək edib. Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Sibir bərbəri" filmində gözəl bir fraqment var. Amerikalı qadın oğluna yazdığı məktubda deyir ki, bu xalqı başa düşmək çox çətindir. Bunlar müharibəyə mahnı oxuya-oxuya gedirlər, evə isə ağlaya-ağlaya. Bu psixologiyanı onlar başa düşmürlər. Bu baxımdan sovet kinosunun öz ənənəsi var idi. Bizim sovet kinosu tərkibində gürcü kinosu qədər dəst-xəttimiz olmasa da, öz yerimiz hiss olunurdu.

Hazırda gənc nəsil yeni kino yaratmaq istəyir. Amma yeni kino yaratmaq üçün mənə elə gəlir ki, əvvəlcə kökü öyrənmək lazımdır. Ancaq video-filmlərlə bazara çıxmaq mümkün deyil.

Dünya standartları var. İndiki gənclərin ən böyük bəlası savadsızlıqdır. Elə buna görə rejissorluğumuz inkişaf edir, aktyorlarımız. Tək təcrübə ilə hər şeyi qazanmaq mümkün deyil. İndi Azərbaycan kinosu qarışıq bir mərhələdədir hələlik heç bir yerə adlamır.

- Gənc rejissorlar çox sayda filmlər çəkməyə başlayıblar. Sizcə, onların filmlərində Avropa kinosunun, yoxsa Amerika kinosunun təsiri hiss olunur?

-  Demək olmaz ki, hamısına Avropanın, Amerikanın ya sovet kinosunun təsiri var. O da var, bu da. Qarışıq bir təsirdir. Ümumiyyətlə, bir şeyin tərəfdarıyam: deyirlər ki, başla, yavaş-yavaş gəlib çıxarsan. Ancaq yavaş-yavaş gəlib çıxmaq olmur. Ya birdəfəlik başlayırsan, ya da heç başlamırsan. Texnologiya aşağıdır, kompüter qrafikasından istifadə edilmir. Deyirlər, sabaha da Allah kərimdir. Yox, bu mümkün deyil. Hər şeyə bu günlə qiymət verilir. Heyf ki, bizdə bəzi neqativ məsələlər var. Məsələn, kimsə kiminləsə daha yaxındır, bəzən şəxsi münasibətlərə görə filmə dəvət edirlər.

- Bəs, prodüsser mərkəzlərinin fəaliyyətinə münasibətiniz necədir?

- Prodüsser mərkəzləri get-gedə ələnəcək, 5-10 yaxşısı qalacaq. Dövlətin qayğısı da alqışa layiqdir. Bu il 5 film prodüsser mərkəzinə həvalə edildi. Onlardan biri bizim filmimizdi. Hələ söz var ki, gələn il müsabiqədə filmlərin sayı on olacaq. Video-film olsa da, bu gün kimin nəyə qadir olması görünür.

- Belə layihələrlə Azərbaycan kinosunu inkişaf etdirmək olar?

- Çətin...

- Nəyə görə?

-  Çünki bu prodüsser mərkəzləri  açanların heç birinin təəssüf ki, ixtisas savadı yoxdur. "Mən kino istehşal etmək istəyirəm" devizi ilə kino-prodüsser olmaq mümkün deyil. Sözsüz ki, nazirliyə təqdim olunan layihənin əsasını ssenari təşkil edir. Nazirlikdə bu seçim ssenari ilə aparılır. Yaxşı olar ki, "Bu meydan, bu ekran" layihəsini daha da təkmilləşdirsinlər, təkcə ssenari nəzərə alınmasın. Yaxşı olar ki, prodüsser mərkəzi, qismən rejissor nəzərə alınsın.

-  Son zamanlar İncəsənət Universitetində kino ixtisasını bitirən gənclər sonradan telekanallara çıxır. Televiziyadan sonra isə kinoya qayıdırlar.

- Televiziya tamam başqa məktəbdir. Oradan kinoya gələndə istədin-istəmədin, müxbirlik qalır. Televiziya müxbirliyi isə qətiyyən kinoya uyğun deyil.

Bu cür sistem Azərbaycan kinosu üçün bəladır. İncəsənət Universitetinin öz kinostudiyası olmalıdır. Tələbələr Universitetdəykən istehsalatı görməlidirlər. Bir onu deyim ki, televiziya filmi başqa şeydir, sənədli film başqa. 'Televiziyadan gəlib sənədli film çəkmişəm" deyənlər bilməlidirlər ki, o, sənədli film yox, televiziya filmi çəkib. Yəni televiziya filmi hazır məhsulun reklamıdır.

Tutaq ki, hamının tanıdığı bir adamın həyatından film çəkirsən. Sənədli filmdə isə, həmin adamı hamı filmindən sonra tanıyır. Orada hazır qəhrəman var. Burada isə qəhrəman yaradırsan. Mən biləni, fərqi budur.

-   Çəkəcəyiniz filmin adı "Dünən qəfildən gəldi..."dir. Özünüz necə, kinoya qəfildən gəlməmisiniz?

-  Mən kinoda olub getməmişəm. 92-ci ildə aktyorluq fakültəsini bitirmişəm. Amma aktyorluğun arxasınca getmədim. Məncə, bu elə bir sənətdir ki, burada "nömrə bir" olmağa arxayınçılığın yoxdursa, heç bu sənətin arxasınca getməyə dəyməz. Çünki bu sənətdə "nömrə 2"-yə yer yoxdur. Mən özümü birinci yerdə görmədim. Sonradan ikinci bir təhsil aldım. İngilis dilini öyrəndim, diplomatiya kurslarına keçdim. Dövlət işində işlədim. Haçansa incəsənətlə təmasın olubsa,  bu sənin  içində qalır. Universitetin  mənə verdiyi ən böyük dəyər o oldu ki, mən "bir nömrəli tamaşaçı" ola bildim. Başqalarının görə bilmədiyini gördüm. Bu, həyatda hərdən adama mane olur. isə... Sonra təsadüf nəticəsində kinoya gəldim. Fikirləşdim ki, niyə qayıtmayım.

Yoldaşım da İncəsənət Universitetini qurtarıb. Aktrisadır. "Dünən qəfildən gəldi..."nin ssenarisi ona məxsusdur. Filmdə baş rollardan birini Nara Nağıyeva oynayacaq. Vallah, qəfildən gəldim deyəndə, elə qəfildən gəlmək yaxşıdır. Qapını taybatay açıb gələ bilmirsənsə, daha niyə gəlirsən?!

- Çəkəcəyiniz film barədə deyə bilərsiniz?

- Film orta yaşına gəlib çatmış, həyatda hələ heç bir şey qura bilməmiş iki nəfərdən bəhs edəcək. Onlar təsadüf nəticəsində görüşürlər başqa bir təsadüf onları ayrılmağa məcbur edir. Yəni Amerikansayağı "həppi end" var, başqa filmlərdə olduğu kimi, çox ağırlaşdırma. Burada hər şey həyatda olduğu kimidir. Baş rollarda Nara Nağıyeva, hamının müğənni kimi tanıdığı Rüfət Mehdiyev, rollarda isə xalq artistləri Cənnət Səlimova, Kamal Xudaverdiyev, əməkdar artist Şamil Süleymanov başqaları çəkiləcək. Sözün açığı, filmi elə bir səviyyədə çəkmək istəyirəm ki, istənilən yerdə göstərə bilək. Niyə ancaq bizə aid olsun, niyə ancaq Azərbaycanda göstərək?

 

Paritet.- 2007.- 8-10 dekabr.- S. 16.