Ayxan
Qaliblər mükafatlandırıldı
II Milli Turizm Filmləri
Festivalının “Qran-Pri”si – “Qızıl səyyah” “Küsnət”ə
qismət oldu
Dünən Bakıda II
Milli Turizm Filmləri Festivalının (MTFF) qaliblərinin
mükafatlandırma mərasimi keçirilib.
APA-nın
məlumatına görə, dekabrın 10-da start
götürən festivalda 37 film nümayiş etdirilib.
Festivalın "Qran-Pri" - "Qızıl səyyah"
mükafatına Əli İsa Cabbarovun "Küsnət"
filmi (3 min manat), ən yaxşı sənədli
mənzərə filmi mükafatına Rəhim
Tanrıverdiyevin "Quş adasında bir gün" filmi
(1000 manat), ən yaxşı etnoqrafiya filmi mükafatına
İqbal Məmmədəliyevin "Zəhmətlə
yoğrulanlar" filmi (1000 manat), ən yaxşı rejissor
işi mükafatına "Qala" filminin rejissoru
Rövşən İsgəndərov (1000 manat), ən
yaxşı televiziya verilişi mükafatına rejissor
Mirsadıq Ağazadənin "Bakinskiye taynı"
verilişi (1000 manat), ən yaxşı reklam çarxı mükafatına
Elşən Əliyevin "Bakı gecələri" reklam
çarxı (1000 manat), ən yaxşı operator işi
mükafatına "Qədim Azərbaycan" filminin operatoru
Rəşad Nuriyev (1000 manat) layiq görülüb. Festivalda 3
həvəsləndirici mükafat da təqdim olunub.
Qeyd edək ki,
müsabiqənin münsiflər heyətində Oqtay
Mirqasımov, Nizami Abbas, Nəsimi Əliyev, Oqtay Babazadə,
Cavid İmamverdiyev, Toğrul Əfəndiyev və Larisa
Cavanşir təmsil olunub. Festival Azərbaycanın turizm
imkanlarını nümayiş etdirən filmlərin təbliği
və turizm mövzusunda film istehsalının təşviqi,
bu sahədə fəaliyyət göstərən kino və televiziya
ustalarının yaradıcı əməyinin
stimullaşdırılması, eləcə də ictimaiyyətin
turizm sahəsinə diqqətinin artırılması
məqsədilə keçirilib.
Ekspress.- 2007.- 15-17 dekabr.- S. 20.