II Milli Turizm
Filmləri Festivalına
start verilib
Dünən Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
həyata keçirilən
II Milli Turizm Filmləri Festivalına
start verilib. “Park İnn” otelində reallaşan tədbirdə
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev festivalın keçirilməsinin
başlıca məqsədindən
söhbət açıb.
Belə ki, Azərbaycanın turizm imkanlarını nümayiş edən filmlərin təbliği və turizm mövzusunda film istehsalının
təşviqi üçün
həyata keçirilən
festival bu sahadə fəaliyyət göstərən
kino və televiziya ustalarının yaradıcı əməyinin
stimullaşdırılması, eləcə də ictimaiyyətin turizm sahəsinə diqqətinin
artırılması məqsədini
daşıyır. Turizm
və kino sahələrinin bir-biri ilə sıx əlaqəli olduğunu deyən Ə.Qarayev bu yöndə görülən işlərdən
danışıb: “Hər
il turizm sahəsində müxtəlif
sərgilər keçirilir.
Ölkəmiz də öz
növbəsində 25-dən artıq beynəlxalq sərgidə təmsil olunur. Bu gün
Azərbaycanın turizm
sahəsində inkişaf
müşahidə olunmaqdadır.
Bunu söyləməyə son vaxtlar
istifadəyə verilən
mehmanxanaların sayının
artması əsas verir. Əgər əvvəllər 90 mehmanxana fəaliyyət göstərirdisə, bu rəqəm hazırda
300-ə qədər artıb.
Bu da turizm
sektorunun artımının
göstəricilərindən biridir”. Turizmlə yanaşı kino
sahəsində də
xeyli irəliləyişlərin
müşahidə olunduğunu
diqqətə çatdıran
Ə.Qaraeyv dövlət
sifarişi ilə çəkilən filmlərin
sayının artdığını
deyib. Son vaxtlar kino və
turizm sahəsində müxtəlif müsabiqələr
keçirilib. Festivala isə
prodüser mərkəzlərinin
və kinostudiyaların
çəkdiyi 60-dan artıq
audiovizual əsərlər
təqdim olunub. Təşkilat Komitəsinin seçiminə
buraxılan əsərlərin
37-si iştirak etmək
şansı qazanıb.
Müsabiqə proqramı 2004-2007-ci illərdə
istehsal edilən turizmlə bağlı müxtəlif növ film,
reklam çarxları,
televiziya proqramlarından
ibarətdir. Dekabrın 14-dək davam edəcək
festival çərçivəsində müsabiqə üçün
nəzərdə tutulan
filmlərə baxış
“İbrus” teatrında
pulsuz olaraq keçiriləcək. Tanınmış kinematoqrafçılar və
turizm mütəxəssislərindən
ibarət münsiflər
heyəti müsabiqədə
iştirak edən audiovizual əsərlərə
baxış keçirəcək
və nominasiyalar üzrə qalibləri müəyyənləşdirəcək.
II Milli Turizm Filmləri Festivalının müsabiqəsinə
braxılmayan filmlər
haqqında heç bir əlavə şərh verilmir. Təşkilat Komitəsi də öz növbəsində
qalib filmlərin beynəlxalq tədbirlərdə
təmsil olunması ilə bağlı yardım göstərəcəyinə
dair öhdəlik götürüb. Xatırladaq ki,
ilk dəfə keçirilən
1-ci Milli Turizm Filmləri Festivalı, keçmiş İdman və Turizm Nazirliyinin təşkilatçılığı
ilə reallaşmışdı.
Yeni Azərbaycan.- 2007.- 11 dekabr.- S. 8.