Qaliboğlu E.
Azərbaycan haqqında yeni
filmlər
II Milli Turizm
Filmlərinə baxış yekunlaşdı
Dünən "İbrus" Teatrında II Milli Turizm
Filmlərinə baxış yekunlaşdı. Festivalda nümayiş etdirilən filmlər maraqlı mövzularla diqqəti cəlb edirdi. Bu sıradan "Ən
yaxşı televiziya verilişi" nominasiyası
üzrə təqdim edilən filmlərdən biri - "Yol - İpək yolu" 28 dəqiqəlik olub, tarixi "İpək yolu" üzrə keçirilən beynəlxalq
velosiped turunun Azərbaycan hissəsində
xarici turistlərin yaşadıqları, başlarına
gələn hadisələrdən
bəhs edir. Prodüsser, direktor, rejissor Aynur Talıbova, rejissoru Mətin Niyazoğlu olan bu silsilədən digər bir film isə "Yol - Qax" adlanırdı. Filmdə Azərbaycanın şimal-qərbində yerləşən
və "turizm cənnəti" sayılan
Qax rayonu ilə tanışlıq əsas mövzudur. Qaxbaş, Qahiugiloy, Gürcülügiloy, Taoqit,
Oncallı kəndlərinə
səyahət edən
çəkiliş qrupu
buranın tarixi folkloru, mətbəxi ilə tamaşaçıları
tanış edir.
"Azərbaycanlılar-Talışlar-Cənub bölgəsi" (prodüsser
Ramin Hüseynov, rejissor Elçin Həsrətov) filmi 28 dəqiqəlik olub, Azərbaycanın cənubunda
yaşayan, azsaylı xalqların nümayəndələrindən
olan talışlara həsr olunub: filmdə cənub bölgəsinin təbiətinin
müxtəlifliyi, gözəlliyilə yanaşı,
burada yaşayan talışların adət-ənənəsi, mədəniyyəti,
təsərrüfat həyatı
əks olunub.
Bu silsilədən
"Azərbaycanlılar - Ahıska
türkləri" yenə
də eyni adlı müəlliflərin
yaradıcılıq məhsuludur.
Film ötən yüzildə iki dəfə deportasiyaya məruz qalan, vətən, yurd sevgisilə yaşayan Ahıska türklərinin
Azərbaycanda məskunlaşmasına,
onların mədəniyyətinə,
adət-ənənələrinə,
təsərrüfat həyatına və
folkloruna həsr olunub. "Ən yaxşı reklam çarxı nominasiyası"
üzrə "Azərbaycan
otelləri" (prodüsseri
və direktoru Elçin Əlibəyli, rejissor Fidan Abbasova) 3 çarxlı olub, müxtəlif bölgələrlə yerləşən
2, 3, 4, 5 ulduzlu otellər
haqqında ətraflı
məlumat verilir, Azərbaycana gələn
turistlər üçün
böyük seçim
imkanları təqdim edilir. Fuad Əliyevin rejissorluğu,
Elşən Əliyevin
operatorluğu ilə başa gələn reklam çarxı "İçərişəhərin baharı" (1.9 dəqiqə)
adlanırdı. Filmdə
Azərbaycanın ən
qədim abidələrindən
biri, hər bir soydaşımız üçün Bakının
rəmzi sayılan İçərişəhərdən danışılır. "Sahil" adlı (1.41 dəqiqə) reklam çarxında Bakının
Xəzər dənizinə
açılan mənzərəsi
əks olunub.
"Bakı gecələri",
"Bakıda qar"
yenə də Fariz Əhmədorvun rejissorluğu, Tanrıverdi
Tanrıverdiyevin operatorluğu
ilə araya-ərsəyə gəlib.
Birinci çarxda Bakının bənzərsiz
gecə görüntüləri,
digərində isə
Bakıda yağan qarın görüntüləri
gözəl əks olunub. Fuad Əliyevin
rejissorluğu ilə çəkilən eyniadlı
"Bakı gecələri"
isə Bakımızın
gözəlliyi haqqında
qısa film-mənzərədir.
Mirsadıq Ağazadənin
prodüsserliyi, direktorluğu,
rejissorluğu ilə araya-ərsəyə gələn "Vətən"
(8 dəqiqə) filmində
Azərbaycanın bənzərsiz
təbiəti tərənnüm
edilir, onun əsas varlığı olan insanlardan bəhs edilir. Akif Arifoğlunun "Azərbaycan Respublikası"
adlı filmində ölkəmizə qısamüddətli
ekskursiya edilir. Prodüsser, direktor Pərvin Yusifov, rejissor Rövşən İsgəndərovla
birgə festivala "Qala" adlı (1.05 dəqiqə) filmlə qatılmışdı. Filmdə
Bakının Qala kəndinin qədimliyi çatdırılır, bir
uşağın gözü
ilə filmdə kənddə qorunub saxlanılan qədim məişət abidələri,
sənət nümunələri göstərilir.
"Ən yaxşı
sənədli mənzərə
filmi" nominasiyası
üzrə nümayiş
etdirilən filmlər
də özünün
mövzu və süjet əlvanlığı
ilə diqqəti cəlb edirdi. "Qobustana qayıdış"
(prodüsser, direktor Nəriman Məmmədov, rejissor, operator İlqar Safat) filmində tamaşaçı
Qobustanın bütün
mərasim mağaralarından
keçir, qəribə
qayaüstü şəkillərlə,
Günəş məbədinin
xarabalıqları, Təbil
daşı və digər xeyli abidələrlə tanış
olur.
Rəhim Tarıverdiyev
"Quş adasında
bir gün" filminin həm prodüsseri, həm direktoru, həm rejissoru, həm də operatorudur. Bu filmdə Vəlvələçaydakı Quş adası barədə danışılır.
Bura unikal yerdir. Çünki sahəsi yarım hektardarn az olan həmin
adada "Qırmızı
kitab"a düşən 5 növ quş yaşayır. 6,5 dəqiqəlik "Üç
ovçu" filmində
(prodüsser-direktor Xəqani
Savalan, rejissor Elçin Quliyev) ova çıxan üç dostun gəzdikləri məkanlarda
Azərbaycanın qış
təbiəti, onun
özünəməxsus gözəlliyi
tamaşaçıya çatdırılır.
"Azərbaycana xoş
gəlmisiniz" (prodüsser-direktor
Elçin Əlibəyli,
rejissor Rüfət Əsədov) 11 dəqiqəlik
olub, tariximizin, təbiətimizin bütün
dünyada tanıdılması
məqsədinə xidmət
edir.
Rejissor Şamil Nəcəfzadənin "Əmanət"
filmi 35 dəqiqədir,
Lahıc kəndindən
bəhs edir. "Gəldim, gördüm, sevdim": bu, Əli İsa Cabbarovun filmidir. 10 dəqiqəlik filmdə Qubanın ilahi gözəlliyə malik mənzərələri təsvir
olunur. Həmçinin "Azərbaycan Respublikasının mayakları"
(rejissor Leyla Səfərova), "Azərbaycanın
cənnət guşəsi"
(rejissor Rüstəm Əhmədov, 15 dəqiqə),
"Ölkəm" (prodüsserlər
Yalçın Cabbarov,
Ceyhun Kərəmov, rejissor Ülviyyə Könül) filmləri də "Sənədli mənzərə filmi"
nominasiyasında festivala qatılmışdılar.
"Ən yaxşı
etnoqrafiya filmi" nominasiyası üzrə
18 dəqiqəlik "Zəhmətlə
yoğrulanlar" (rejissor
İqbal Məmmədəliyev)
filmi Azərbaycanın
həm tarixi, həm də coğrafi baxımdın əhəmiyyətli bölgəsi
olan Lənkəran zonasından bəhs edir. Filmdə lənkəranlıların yaşayış
tərzi və adət-ənənələri
əks olunur. "Zamanın sığalı"
12 dəqiqə olub, Qusarın Ləzə kəndinin bir günündən bəhs
edir. Qədim Azərbaycan abidələri
(rejissor Rafiq Quliyev 9 dəqiqəlikdir)
Azərbaycanda yerləşən
ilkin sivilizasiya qalıqlarından tutmuş
müasir dövrümüzədək
tarixi abidələr haqqında tanıtım filmidir.
"Ən yaxşı
etonqrafiya filmi" nominasiyası üzrə,
həmçinin festivalda
"Aranda bir gün" (rejissor Nicat Qafuroğlu),
"Məhsuldar otlaqlarda"
(rejissor İlqar Safat), "Novruz bayramı" (rejissor İsmayıl Məmmədov),
"Həyəcan təbili"
(rejissor Əli İsa Cabbarov), "Küsnət" (rejissor Əlisa Cabbarov), "Ay duman gəl,
get" (rejissor Akif Arifoğlu), "Köhnə... Yeni Naxçıvan" (rejissor
İqbal Məmmədəliyev)
filmləri nümayiş
etdirildi.
Dünən "İbrus"
Teatrında festival filmlərinə baxışın
sonuncu günü idi. 12 film nümayiş
etdirildi. Onlardan "Naxçıvan- tarixin daş yaddaşı" ən uzun müddətli
- 44 dəqiqə çəkən
film idi. Filmin prodüsseri, direktoru, rejissoru, həmçinin operatoru Xəqani Hüseynzadədir.
Film 3 il qabaq çəkilib, Naxçıvan Muxtar Respublikasında dini və memarlıq abidələrindən bəhs
edir.
"Xalq Cəbhəsi"
qəzetinə müsahibəsində
Xaqani Hüseynzadə
filmin 3 aya çəkildiyini bildirdi.
Bu film Azərbaycanın qədim, tarixi yaşayış bölgələrindən
biri olan Naxçıvan diyarındakı
əhəmiyyətli tarixi
abidələr - qədim
qala şəhərlər,
yaşayış məntəqələri
barədə, həmçinin
dini və memarlıq abidələri
haqqında məlumat verir. İlk dəfədir ki, bu filmdə
Naxçıvanın sözügedən
abidələri hərtərəfli
şəkildə lentin
yaddaşına köçürülüb:
"3 il qabaq Naxçıvana tamam başqa bir mövzuda film çəkmək istəyilə
getmişdim. Amma gördüm ki, Naxçıvanın hər
dağı, daşı
qədimliyimizdən bir
soraqdır, başdan-ayağa
sirrdir. Xüsusən erməni alimlərinin Naxçıvanla bağlı
cəfəng iddialarına
qarşı yaranan hiddətim məni bu mövzuda film çəkməyə
sövq etdi. Ermənilər Gəmiqaya
abidəsinin şəkillərini
bütün dünyaya
özlərininki kimi təqdim ediblər. Təbii ki, bu, məndə hiddət doğurmaya bilməzdi. Qəti qərar gəldim ki, belə bir
film çəkim. Sağlıq olsun, gələn il Naxçıvanla bağlı
bir neçə film ideyasını gerçəkləşdirmək üçün gedəcəyəm.
Bu filmləri dünya festivallarına çıxaracağam".
X.Hüseynzadə festivala
çıxarılan filmlərin
bəzilərinin tələsik
çəkildiyini qeyd
etdi: "Hər halda bu sahədə
bizdə yeni təcrübə formalaşır.
Gələcəkdə bu
sahədə çəkilən
filmlər daha cəlbedici və mənalı olmalıdır
ki, Azərbaycan haqqında dünyanın müxtəlif bölgələrində
yaşayan insanların
tam təəssüratı
yaransın".
Qeyd edək ki, bu gün
festivalın bağlanış
mərasimi olacaq.
Xalq cəbhəsi.-2007.- 14 dekabr.- S. 14.