Səlimqızı C.
Turizm Filmləri
Festivalı başladı
Dünən paytaxtda 2-ci
Milli Turizm Filmləri Festivalına start verildi və festivalla
bağlı Mədəniyyət və Turizm naziri Əbülfəs
Qarayev mətbuat konfransı keçirdL
Nazir qeyd etdi ki, festival
Azərbaycanın turizm imkanlarını nümayiş edən
filmlərin təbliği, turizm mövzusunda film
istehsalının təşviqi, bu sahədə fəaliyyət
göstərən kino və televiziya ustalarının
yaradıcı əməyinin stimullaşdırılması,
eləcə də ictimaiyyətin turizm sahəsinə diqqətinin
artırılması məqsədilə keçirilir. Gələcəkdə
festivalın ənənəyə çevriləcəyini deyən
nazir belə festlvalların ölkədə turizmin
inkişafına mühüm töhfə verəcəyinə əmin
olduğunu bildirdi. Prezident İlham Əliyevin turizmin inkişafına
göstərdiyi böyük diqqət və qayğını
xatırladan nazir qeyd etdi ki, həmin diqqət və
qayğı sayəsində bu sahənin inkişafı
üçün əlverişli şərait yaranıb. Bunun
nəticəsində son illər yeni, müasir turizm obyektləri,
mehmanxana kompleksləri tikilib istifadəyə verilib. Həmçinin,
son beş ildə Mədəniyyət və Turizm Nazirliyi
Londonda, Moskvada, Berlində, Nyu-Yorkda, Tokio, Bəhreyn,
Küveyt, Milan, Madrid, Vyana, Dubay və digər şəhərlərdə
keçirilmiş beynəlxalq turizm sərgilərinin fəal
iştirakçısı olub. Həmin sərgilərin
iştirakçıları və ziyarətçilərinə
ölkəmizin turizm imkanları haqqında maraqlı filmlər,
reklam çarxları nümayiş etdirmişdir.
Festivalda nümayiş
etdiriləcək audiovizual məhsullar (sənədli,
televiziya, mənzərə filmləri, reklam çarxları və
s.) barədə də məlumat verildi. Bildirildi ki, festivala
dövlət hesabına, həmçinin, müstəqil
studiyalar, prodüsser mərkəzləri, televiziya şirkətləri
və digər hüquqi, fiziki şəxslər tərəfindən
istehsal olunan 60-a yaxın audiovizual əsər təqdim edilib. Onlardan
37-si festivalda iştirak etmək hüququ qazanıb. Qeyd olundu
ki, audiovizual əsərlərə «İbrus» teatrında
baxış keçiriləcək. Əsərlər kinorejissor
Oqtay Mirqasımov, operator-rejissor Nizami Abbas, kinorejissor Oqtay
Babazadə, rejissor Nəsimi Əliyev, prodüsser Cavid
İmamverdiyev, «Diqital aqe» şirkətınir direktoru Toğrul
Əfəndiyev, «Azerbaijan review» turizm jurnalının baş
redaktoru Larisa Cavanşirin təmsil olunduğu münsiflər
heyəti tərəfindən qiymətləndiriləcək.
Nominasiyalara gəlincə, ən yüksək mükafat «Qran-pri»dir («Qızıl səyyah»). Qalibə 3 min manat veriləcək. «Ən yaxşı sənədli mənzərə filmi», «Ən yaxşı etnoqrafiya filmi», «Ən yaxşı televiziya verilişi», «Ən yaxşı reklam çarxı», «Ən yaxşı rejissor işi», «Ən yaxşı operator işi» isə müvafiq olaraq 1000 manat məbləğində mükafatlandırılacaq.
Əsas mükafatlardan əlavə, ayrı-ayrı qurumların təsis etdikləri ödüllər də təqdim olunacaq.
Mətbuat konfransında, həmçinin, sentyabrda keçirilən 1-ci Turizm
Filmləri Festivalından
videogörüntülər də nümayiş olundu. Sonda bir
qrup yaradıcı insan - Vaqif Mustafayev, Yusif Quliyev, Rafiq Quliyev, Nadir Mehdiyev, Nizami Abbas və
başqaları müxtəlif
ölkələrdə keçirilən
film müsabiqələrində
qazandığı uğura
görə mükafatlandırıldı.
Mərkəz.- 2007.- 11 dekabr.- S. 11.