Arifqızı G.
Qəriblikdə ötən ömür
"Gözəlim
sənsən" mahnısının sədaları
altında ürəyim riqqətlə döyünür,
fikrə gedirəm. Həyat çox qəribə və gözəlliklərlə
doludur. Bıı qəribəliklərin
içərisində insan amili başlıca rol oynayır...
... İnsan doğulduğu andan
tale yolu da onunla bərabər doğulur. "Alın yazısına fitri istedad yazılıb"
sözlərini hamıya
şamil etmək olmaz. Yalnız indi Azərbaycan
televiziyasında ifasını
dinlədiyim Sona xanım Aslanova kimilərə bunu şamil etmək olar. Çünki belələri öz
istedadları ilə milyonların qəlbinə
sevinc bəxş edir.
Azərbaycan Respublikasının əməkdar
artisti, Azərbaycan Konservatoriyasının sabiq
professoru, dahi bəstəkarımız Üzeyir
Hacıbəyovun səhnəmizə
bəxş etdiyi unudulmaz səs sahibi Sona xanım
Aslanova 1924-cü ildə
Bakı şəhərində
anadan olmuşdur. O, heç
ağlına da gətirrnəzdi ki; müğənni olacaq, böyük səhnədə
operalardan partiyalar ifa edəcək, respublika teieviziyasının
Qızıl Fondunda
205-ə qədər mahnılarının
lent yazıları saxlanılacaq
və gələcək
nəsillərə ötürüləcək.
Doğrudan da həyat
biz düşündüyümüzdən
də mürəkkəb
və rəngarəngdir.
Mayası muğamlarımızdan
güc alan
ana laylası ilə böyüyən Sona xanımı opera sənəti durmadan özünə cəlb edirdi. Üzeyir bəyin qələmindən
süzülüb gələn
klassik musiqi bu gənc qızın
qəlbini ovsunlamışdı.
Odur ki, o, konservatoriyaya daxil olur və
1952-ci ildə oranı
bitirərək, ömrünün
20 ilini həmin tədris müəssisəsində
pedaqoq kimi çalışır.
İtaliyalı Sofe İkonovna Qorskadan dərs almış Sona xanım Azərbaycan Televiziyası,
Dövlət Filarmoniyası,
Estrada Orkestrinin solisti
olmuş, Azərbaycan
nəğmələrini ürəklə,
böyük coşqu və məharətlə ifa etmişdir.
O, Azərbaycan musiqisinin canlı tarixidir. Səhnəmizdə
Gülçöhrəni, Nigarı,
Əslini yaradıb. Ölməz sənətkarlarımız Bülbül,
Rəşid Behbudov və digər sənətkarlarla bir səhnəni paylaşıb.
Azərbaycanda 12 bədii filmə
çəkilib. Bu gün
sevə-sevə baxdığımız
"Arşın mal alan" filmindəki Gülçöhrənin ifası
məhz Sona xanıma aiddir. Onun ifasında onlarla lent yazısı da Üzeyir Hacıbəyovun Ev
Muzeyində qorunub saxlanılır.
Tez-tez Azərbaycan televiziyasında
Sona xanımın o əvəzedilməz səsinə
qulaq asmaq imkanımız olur. Amma onun
sonrakı həyatı,
fəaliyyəti haqqında
heç bir məlumat verilmir. Səksən
illik yubileyində mən Sona xanım
haqqında qısa da olsa, Azərbaycan
oxucularına məlumat
vermişdim.
Yazımın əvvəlində həyatın
qəribəliklərindən söhbət açmışdım. Bu sözlərim səbəbsiz
deyildi. O qəribəliklərdən
biri də Sona xanımın hal-hazırda vətənindən
uzaqda -Amerikanın Kaliforniya ştatında yaşamasıdır. O heç
ağlına da gətirməzdi ki, bir vaxtlar canı
qədər sevdiyi doğma Azərbaycandan uzaqlarda yaşaya biləcək. Qəriblikdə Vətən həsrəti
çəkən müğənni,
həmişə doğma
musiqilərimizdən güc
və qüvvət almışdır. O, həmişə
azərilərin toplaşdığı
tədbirlərdə hələ
də öz gözəlliyini və məlahətini qoruyub saxlamış səsi ilə operalarımızdan
ariyalar və xalq mahnıları ifa edərək, bizləri sevindirib. Vətəndən uzaqda, xarici
dostlarımızın toplaşdığı
məkanlarda Azərbaycan
musiqisinin gözəlliyini
və ecazkarlığın
dəfələrlə nümayiş
etdirib. Ancaq təəssüflə bildirməliyəm ki, musiqi tariximizdə özünəməxsus bir
iz qoymuş sənətçimiz altı
ay əvvəl cərrahiyyə
əməliyyatına məruz
qalmış və uzun müddətdir ki, Kaliforniya ştatının Lonq Biç şəhərindəki
xəstəxanada yataq
xəstəsi kimi müalicə olunur. Qocalmasına
baxmayaraq, yenə də gözəl və məlahətli səsi olduğu kimi qalmaqdadır. Onun qürbətdə vətənə,
milli musiqimizə olan sonsuz məhəbbəti,
hələ də gözəl ifaçılıq
qabiliyyətinə malik
olması, Azərbaycan
musiqisinin ən gözəl təbliğatçısı
kimi apardığı
işlər ürəyimi
həmişə fərəh
hissi ilə doldurur. 84 yaşını
haqlamış bu sənətkar xanımın
indi yalnız xoş sözə və məhəbbətə
böyük ehtiyacı
var. Gələn ilsə
Sona xanım Aslanovanın 85 yaşı
tamam olur. Bu gün xalqımın
gəncləri onun yaradıcılığından xəbərsizdir. Çox
istərdim ki, hər. bir
azərbaycanlı gənc
xalqımızın mədəniyyət.
və incəsənət
xadimlərini yaxından
tanısın, eləcə
də Sona xanımın yaradıcılığını...
Mən, Kaliforniyada rəsmi qeydiyyatdan keçmiş Amerika-Azərbaycan Qadınları
cəmiyyətinin prezidenti
olmaqla üzərimə
düşən hər
missiyanı yerinə yetirmək istəyirəm. Çox tstərdim
ki, xaricdə yaşayan azəri qadınlarımız unudulmasın.
Vaxtaşırı onların həyat
və yaradıcılığı,
fəaliyyəti diqqət
mərkəzində olsun.
O cümlədən də
Sona xanımın...
Son illərdə
Azərbaycanda gedən
bütün prosesləri
hər birimiz böyük maraq və sevinc hissi ilə izləyirik. Odur ki, cəmiyyətimizin bütün üzvləri
çox istərdik ki, Azərbaycan musiqisinin gözəl təbliğatçısı və
ifaçısı olan
Sona xanım Aslanova da prezidentimizin
sənət adamlarına
göstərdiyi o diqqət
və qayğıdan ömrünün ahıl çağlarında bəhrələnsin,
Azərbaycan Respublikasının
Xalq Artisti adına layiq görülsün. Doğma vətənində
olmasa da, uzaq Amerikada dövlət səviyyəsində
yaradıcılıq gecəsi
keçirilsin.
Bu cür
tədbirlər bizim vətənlə olan qırılmaz bağlarımızı
daha da möhkəmləndirir,
fəaliyyətimizin səmərəliliyinə
təkan verir.
Ekspress.- 2007.- 8-10 dekabr.- S. 19.